• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
27 Yanvar, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Digər

Gəncə şəhərində əlilliyi olan qadınlara dəstək məqsədi ilə növbəti dəyirmi masa təşkil olunub

04.09.2025 - 20:05
A A
0
SHARES
12
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Respublikainfo.com xəbər verir ki, əlilliyi olan qadın və qızların ictimai xidmətlərə bərabər çıxış imkanlarının yaxşılaşdırılması məqsədilə Gəncə şəhərində geniş tərkibli dəyirmi masa təşkil olunub. Bu barədə “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin Mətbuat Xidmətinin rəhbəri Elnarə Dərziyeva media qurumlarına məlumat verib. Onun sözlərinə görə, tədbir, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi (ƏQC.İB) tərəfindən BMT-nin Etimad Fondunun (UN Trust Fund) maliyyə dəstəyi ilə həyata keçirilən “Bakı, Gəncə şəhərləri, Qusar, Quba, Xaçmaz rayonlarında əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsi çərçivəsində baş tutub.“Artıq 3 ildir ki, davam edən layihə çərçivəsində gerçəkləşdirilən dəyirmi masa bu dəfə Gəncə Plaza-da təşkil olundu. Əsas müzakirə mövzuları əlilliyi olan qız və qadınların hüquqları, psixoloji dəstək imkanları, sosial müdafiə mexanizmləri və məşğulluq perspektivləri olub. Tədbirin məqsədi bu kateqoriyadan olan şəxslərin ictimai xidmətlərə bərabər çıxışını təmin etmək, zorakılığın qarşısının alınması yollarını araşdırmaq və diskriminasiyanın aradan qaldırılmasının vacibliyini ictimai gündəmə gətirməkdir. Görüşdə aidiyyatlı dövlət qurumunun nümayəndələri, o cümlədən yerli icra hakimiyyəti, bələdiyyələr, Ombudsman Aparatının yerli bölməsi, sosial xidmət və məşğulluq orqanları, təhsil və səhiyyə müəssisələrinin təmsilçiləri, eləcə də qeyri-hökumət təşkilatları və icma üzvləri iştirak ediblər”, – E.Dərziyeva bildirib.Tədbir zamanı yaradılmış dəstək qruplarının genişləndirilməsi, şəbəkələşmənin gücləndirilməsi və innovativ ideyaların paylaşılması istiqamətində bir sıra təşəbbüslər səsləndirilib. İştirakçılar arasında fikir mübadiləsi aparılıb və birgə əməkdaşlıq imkanları müzakirə olunub.“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova bu cür platformaların bölgələrdə əlilliyi olan qadın və qızların səsinin eşidilməsi, onların hüquqlarının qorunması və sosial inteqrasiyası baxımından xüsusi əhəmiyyət daşıdığını bir daha vurğulayıb.Dəyirmi Masada 38 nəfər iştirak edib.

Qeyd edək ki, Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund) eksklüziv olaraq yerli və milli səviyyədə qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunmuş yeganə qlobal qrant vermə mexanizmidir.The UN Trust Fund to End Violence against Women (UN Trust Fund) is the only global grant-making mechanism dedicated exclusively to addressing all forms of violence against women and girls.

Layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Quba rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.

 

XƏBƏR LENTİ

Cəmiyyət

Politoloq Samir Hümbətov tələbələri ilə Şəhidlər Xiyabanını ziyarət edib

22 Yanvar 2026
2
Mədəniyyət

Afaq Bəşirqızı bu dəfə Zal qızı Zalxa obrazı ilə pərəstişkarlarını sevindirəcək

19 Yanvar 2026
10
Cəmiyyət

“Nazlı Ana” Xeyriyyə Təşkilatı fəaliyyətə başladı – FOTOLAR

11 Yanvar 2026
12
Cəmiyyət

Politoloq Samir Hümbətov mükafata layiq görülüb

04 Yanvar 2026
9
Cəmiyyət

Elçin Tağıyev: Goranboy RİH-nin ayırdığı 66 600 manat vəsait hara xərclənib

31 Dekabr 2025
14
Cəmiyyət

“Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində “Balaca Ekoloqlar” layihəsi davam edir

30 Dekabr 2025
1

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.