Respublikainfo.com xəbər verir ki, Avrasiya teatrlar birliyinin, Portuqaliya Mədəniyyət nazirliyinin, CTB- Comphania de Teatro de Braga və Braga şəhər bələdiyyəsinin birgə keçirdiyi “MİT III” Beynəlxalq Teatr festivalında Azərbaycan respublikasının Mədəniyyət Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə iştirak edən Gəncə Dövlət Milli Dram Teatrı, 27 iyul tarixlərində festivalın bağlanış mərasimində “Ən yaxşı tamaşa geyimi” və festivalın “QRAN-PRİ” mükafatına layiq görülüb.
Festivalda “Ən yaxşı kişi rolu” Braziliya teatrının aktyoruna, “Ən yaxşı qadın rolu” İtaliya teatrının aktrisasına, “Ən yaxşı rejissor işi” İspaniya teatrına və “Ən yaxşı ssenari” mükafatı isə Serbiya teatrına təqdim olundu.
Bu münasibətlə Respublikainfo.com Media Qrupu olaraq Gəncə Dövlət Milli Dram Teatrının kollektivini ürəkdən təbrik edirik və kollektivə yeni nailiyyətlər arzu edirik.