• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
27 Yanvar, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Gündəm

Füzuli Məmmədovu gözdən salma cəhdləri nəyə hesablanıb?

13.05.2025 - 11:55
A A
0
SHARES
13
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Ölkəmizin tanınmış futbolçularından biri olmuş Füzuli Məmmədov hazırda məşqçi kimi fəaliyyət göstərir. Bu ildən isə “Mingəçevir” futbol komandasının baş məşqçisidir. İdmanda komanda dəyişmək bir qaydadır.

İdman, futbol daim inkişafdadır. Hər bir klub heyətində daha yaxşı futbolçular, daha yaxşı məşqçilər, mütəxəssislər görmək istərlər. Bu məsələdə heç kimi qınamaq olmaz.

Amma deyəsən kimlərsə Füzuli bəyin yerdəyişməsini ciddi şəkildə izləyir. İndi isə bu təqiblərinə yersiz tənqidlərini də əlavə ediblər. Sportinfo.az saytı da bu işdə əməlli-başlı rupor olub. Kinləri o qədər dolub-daşır ki, Füzuli Məmmədovun çalışdırdığı “Mingəçevir” FK qələbə qazananda da o xəbərə kinayəli başlıq qoyurlar.

Son yazılarında isə əndazəni lap aşıblar. Guya Füzuli Məmmədov futbolçulara sponsorlarının adından mükafat söz verib, amma “Mingəçevir” klubunun himayədarı ASTA rəhbərliyi guya komanda ilə görüşündə mükafat olmayacağını, bu barədə Füzuli Məmmədovla danışdıqlarını, onun özündən vəd verdiyini deyiblər.

Füzuli Məmmədov şəxsinə qarşı qərəzə öz işi, nailiyyəti ilə cavab verir. Vaxtilə təmənnasız kömək etdiyi, komanda formalaşdırıb verdiyi adamlar indi onun işinə əngəl olmağa çalışırlar.

Biz bununla bağlı ASTA rəhbərliyi ilə, şəxsən bu təşkilatın prezidenti Rafael Bünyatovla əlaqə saxladıq. O bildirdi ki, sportinfo.az saytının məlum məqaləsində yazılanlar həqiqəti əks etdirmir.

Füzuli Məmmədov komandanı öhdəsinə götürdükdən sonra ətrafındakı təcrübəli məşqçilərlə birlikdə motivasiyalı kollektiv yarada bilib və hazırda da komanda dirçəlmək üzrədir, turnir cədvəlində vəziyyəti xeyli yaxşılaşıb.

ASTA Füzuli Məmmədovun təcrübəsinə güvənir, ona inanır və ümumi nəticədən razıdır. Rafael müəllim deyir ki, onların məqsədi güclü komandalara rəqib olmaq, Birinci Liqada uğurlu nəticə qazanmaq və gələcəkdə daha da irəli getməkdi.

Bu məqsədə çatmaq üçün həmişə baş məşqçi Füzuli Məmmədovun, onun qurduğu komandanın yanındadır, bundan sonra da belə olacaq.

Füzuli müəllim gənclərin potensialından istifadə edərək gələcəyin komandasını yaradır. Bunu yaşıl meydançada görmək olar. Komandadakı müsbət aura, xoş abu-hava oyuna da sirayət edir.

Günü-gündən irəliləyiş hiss olunur. Bu irəliləyiş göz qabağındadır. Bunu hamı görür, ancaq sportinfo.az və ondan köçürən başqa saytlar görmürlər. Maraqlıdır ki, bu sayt, yazının müəllifi məqaləni quraşdırarkən nəyə, kimlərə istinad edib?

Yazılarda müəllif yerinə sportinfo.az yazılır. Deməli, sualımız elə saytın təsisçisi və baş redaktoru İlkin Vaqifoğlunadır.
Hörmətli bəy, uydurmalarınızda istinadgahınızı göstərə bilərsinizmi?

Yazdıqlarınızın adı yalandır. Yalan da ayaq tuta bilər, amma yeriməz. Siz də haqsızlıq edə bilərsiniz, lakin kiminsə haqqını yeyə bilməzsiniz.

Sima Babayeva

XƏBƏR LENTİ

Cəmiyyət

Politoloq Samir Hümbətov tələbələri ilə Şəhidlər Xiyabanını ziyarət edib

22 Yanvar 2026
2
Mədəniyyət

Afaq Bəşirqızı bu dəfə Zal qızı Zalxa obrazı ilə pərəstişkarlarını sevindirəcək

19 Yanvar 2026
10
Cəmiyyət

“Nazlı Ana” Xeyriyyə Təşkilatı fəaliyyətə başladı – FOTOLAR

11 Yanvar 2026
12
Cəmiyyət

Politoloq Samir Hümbətov mükafata layiq görülüb

04 Yanvar 2026
9
Cəmiyyət

Elçin Tağıyev: Goranboy RİH-nin ayırdığı 66 600 manat vəsait hara xərclənib

31 Dekabr 2025
14
Cəmiyyət

“Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində “Balaca Ekoloqlar” layihəsi davam edir

30 Dekabr 2025
1

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.