Ukraynada iki ildən artıqdır ki, müharibə davam edir və bu müharibə prosesində Fransa üzdə bir, arxada başqa bir mövqe tutduğunu demək mümkündür. Ona görə ki, Fransa digər Avropa dövlətlərinə nisbətən Ukraynaya daha az hərbi yardım göstərir.
Müharibənin Rusiyanın xeyrinə dəyişdiyini görən Fransa çox absurd və reallıqdan uzaq açıqlama verib. Fransanın Ukraynaya
hərbi dəstək göstərməklə bağlı bəyanat səsləndirməsi onu göstərdi ki, Avropa
dövlətləri Ukraynaya əməli dəstək olmasa sözdə dəstək göstərməyə üstünlük
verilir. Məsələ burasındadır ki, cəbhə yarıldı və Ukranyaya kömək lazım oldu.
O zaman Fransanin göclü ordusu varmı ki, həmin ordusunu Ukraynaya yardım etməsi üçün göndərsin və Rusiya ilə döyüşsün?Hesab edək ki, Fransa Ukraynaya ordu göndərdi və orda baş verən hadisələrin qlobal müstəviyə keçməsina səbəb oldu.
Fransanın müharibəyə daxil olması ilə Rusiyanın bu müharibani qlobal səviyyəyə keçriməsi baş verdi.
Bu hal isə daha genişmiqyaslı və sarsıdıcı dünya müharibəsinə gətirib çıxarsa onun qarşısını alacaq bir dövlət varmı?
Baxmayaraq hazırda Ukraynaya yüz hərbiçini
göndərməklə bağlı bəyanat yayır.
Bütün bu qeyd edilən nüanslara görə demək olar ki, Fransa o şəraiti yaratmaz və ora qoşun göndərməz və müharibəyə dəstək
verməz.
Hətta Amerika özü belə bu müharibədə baş verəcək prosesləri nəzərə alaraq çəkingən mövqe tutur və yanlız silah köməyi edir. Fransanın bu fikri isə absurddur.
Kərimov Adnan
Azərbaycan Universiteti
Respublikainfo.com