• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
16 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Cəmiyyət

Faiq Xudayev fəxri diploma layiq görülüb

07.04.2024 - 14:21
A A
0
SHARES
33
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) direktoru a.e.ü.f.d., dosent Xudayev Faiq Allahverdi oğlu 50 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikası “Dərələyəz” İctimai-siyasi, tarixi araşdırma qəzetinin baş redaktoru Raqub Kamalov tərəfindən Fəxri Diploma layiq görülüb. 

Respublikainfo.com xəbər verir ki, Xudayev Faiq Allahverdi oğlu – (03 aprel 1974-cü il, Ermənistan Əzizbəyov rayonu Gomur kəndi) – 1996-cı ildə Yusif Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin kənd təsərrüfatı fakültəsinin “Aqranomluq” ixtisası üzrə əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1997-2002-ci illərdə “Bərəkət” firmasında baş direktor vəzifəsində işləməklə başlayıb. 2005-2008-ci illərdə ET Əkinçilik institutunda “Seleksiya və toxumçuluq” ixtisası üzrə aspiranturada təhsil alıb. 2007-2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisində deputat köməkçisi vəzifəsində, 2008-2010-cu illərdə ET Əkinçilik institutunun “Bitki seleksiyası” şöbəsində kiçik elmi işçi, 2010-2013-cü illərdə isə elmi işçi vəzifələrində çalışıb.

2012-ci ildə ”Növdaxili hibridləşmədən istifadə etməklə bərk buğdanın seleksiyası üçün yüksək dən keyfiyyətli ilkin materialın yaradılması” mövzusunda dissertasiya işini müdafiə edərək aqrar elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2013-2015-ci illər ərzində Aqrar Elm Mərkəzində baş mütəxəssis, 2015-2017-ci illərdə “İnformasiya məsləhət xidməti” şöbəsinin müdir əvəzi və 2018-ci ildə həmin şöbənin müdiri, 2019-cu ildə isə Aqrar Elm və İnnovasiya Mərkəzində “Elmin təşkili və koordinasiyası” şöbəsinin müdiri, ƏETİ-nin “Bitki seleksiyası” şöbəsində aparıcı elmi işçi vəzifələrində işləyib.

2014-cü ildən Aqrar Elm və İnnovasiya Mərkəzi Gənc Alim və Mütəxəssislər Şurasının sədri seçilib.

2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə “Seleksiya və toxumçuluq” ixtisası üzrə “dosent” elmi adına layiq görülüb. Hazırda “aqrar elmlər doktoru” elmi dərəcəsi almaq üçün “Müxtəlif aqroekoloji şəraitdə növdaxili hibridləşmədən istifadə etməklə makaron sənayesi üçün bərk buğdanın yeni sortlarının yaradılması” mövzusu üzrə tədqiqat işi aparır. “Gənc aqrarçı alim və mütəxəssislərə dəstək” ictimai birliyinin sədridir.

2020-ci ildən Əkinçilik ETİ-nin direktorudur. 52-dən artıq elmi məqalənin, 3 modul dərs vəsaitinin, işaxtaran vətəndaşların peşə hazırlığı və əlavə təhsil kurslarına cəlbinin təşkili üçün istixana operatorluğuna aid 16, intensiv bağçılıq üzrə 49 təlim elementinin müəllifidir. Eyni zamanda həmmüəllifi olduğu 48 müxtəlif bitki sortları (20 yumşaq, 12 bərk buğda, 3 arpa, 1 tritikale, 1 noxud, 3 çəltik, 2 qarğıdalı, 1 at paxlası, 3 amarant, 1 kinoa, 1 maralfalfa) rayonlaşdırılmaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə təqdim olunmuş və bunlardan 9 yumşaq və bərk buğda sortları rayonlaşdırılaraq Dövlət Reyestrinə daxil edilib və patentlə mühafizə olunur.

17 iyul 2023-cü il tarixindən Qərbi Azərbaycan İcmasının Qərbi Azərbaycanın rayon və kəndləri üzrə rayon və kənd icmalarının yaradılması və rayon icmalarına sədr təyinatı haqqında Bakı şəhəri 38 nömrəli 14 iyul 2023-cü il tarixli əmrə əsasən 5 il müddətinə ictimai əsaslarla Qərbi Azərbaycan İcmasının Qərbi Azərbaycanın Paşalı rayon icmasının sədri təyin edilib.

XƏBƏR LENTİ

Mədəniyyət

Gəncə Dövlət Milli Dram Teatrına direktor TƏYİN EDİLİB

14 Fevral 2026
24
Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
36
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
98
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.