• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
11 Noyabr, 2025
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Seçmə

Əsgərliklə bağlı bəzi qaydalar dəyişə bilər – EMİN HƏSƏNLİ

11.10.2025 - 20:53
A A
0
SHARES
8
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

2020-ci ilin 12 iyuldan başlanan Tovuz döyüşlərindən sonra Azərbaycan Ordusu işğalda olan Qarabağı azad etdi. Nəticədə həm də ölkənin suverenliyi təmin olundu. Bu qələbə ictimaiyyətdə həqiqi hərbi xidmətə çağırış qaydalarında dəyişikliklərin ola biləcəyi ilə bağlı fikirlər də yaratdı.

Respublikainfo.com xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a açıqlamasında ekspert Emin Həsənli bildirib ki, hərbi sahədə bütün vacib qərarlar ciddi təhlillər əsasında verilir və bu prosesə həm sahə üzrə mütəxəssislər, həm də aidiyyəti dövlət qurumları cəlb olunur:

“Bu qərarlar bir anda verilmir. Dövlət bu sahədə uzun illərin təcrübəsinə əsaslanır. Əgər gələcəkdə bölgədə sabitlik davam etsə, çağırış sistemində müəyyən dəyişikliklər mümkündür. Məsələn, çağırışların sayının azaldılması və ildə yalnız iki dəfə – yaz və payız aylarında həyata keçirilməsi kimi variantlar müzakirə oluna bilər”.

Ekspertin sözlərinə görə, bir dövr yalnız bakalavr pilləsi üzrə təhsil alanlara hərbi xidmətdən möhlət hüququ verilsə də, bu güzəşt sonradan magistratura səviyyəsində təhsil alanlara da şamil olunub:

“Dövlət təhsilli və savadlı kəsimin formalaşmasında maraqlıdır. Çünki ölkənin inkişafı və təhlükəsizliyi həm də bu təbəqənin üzərinə düşür. Gənclər isə bu məsələyə daha praqmatik yanaşırlar. İstəyirlər ki, 20-23 yaş arasında ali təhsil, magistr pilləsi və hərbi xidməti başa vurub sonrakı mərhələdə özlərinə iş qursunlar”.

Bəzi vətəndaşların 18 yaşlı şəxslərin psixoloji və mənəvi baxımdan hərbi xidmətə hazır olmadığı yönündə irəli sürdüyü fikirlərə də münasibət bildirən Emin Həsənli qeyd edib ki, bu yanaşma da müzakirə mövzusudur, lakin praktikada 18 yaşlı gənclərin hərbi xidmətə cəlb olunması özünü doğruldub:

“Gənc 25 yaşında da əsgərliyə hazır olmaya bilər. Bu fərdi məsələdir. Amma bu gün Azərbaycan Ordusunda xidmət edən gənclərin əksəriyyəti 18 yaşında çağırışa gedənlərdir və öz vəzifələrinin öhdəsindən yüksək səviyyədə gəlirlər”.

Hərbi ekspert həmçinin bildirib ki, Azərbaycan Ordusu peşəkar hərbi xidmət modelinə keçməkdədir, lakin bu, çağırış sistemində birdən-birə ciddi dəyişikliklər etməyə zəmin yaratmır:

“Əgər çağırış olmasa, peşəkar ordu da formalaşmaz. Bu, məktəb oxumadan universitetə qəbul olunmaq kimidir. Hərbi xidmətə gedənlərin bir hissəsi bu sahəyə maraq göstərərək müddətdən artıq xidmətə keçir, sonradan isə gizir və ya zabit kimi fəaliyyətini davam etdirir”.

Emin Həsənli çağırış yaşının azaldılması ilə bağlı yayılan fikirlərə də toxunub:

“Hazırda çağırış yaşı ilə bağlı dəyişikliyə ehtiyac yoxdur. Amma gələcəkdə hərbi xidmət yaşı 25-dən 30-a endirildiyi kimi, 18-dən 20-ə də qalxa bilər. Dövlət bu kimi dəyişiklikləri həyata keçirməzdən öncə geniş təhlil aparır. Bilir ki, hansı ildə neçə oğlan uşağı doğulub, onların nə qədəri sağlamdır, nə qədəri təhsilə cəlb olunacaq. Bütün bu göstəricilər əsasında qərarlar qəbul edilir. Hər dəyişiklik dövlətin təhlükəsizliyi və vətəndaşların hüquqları nəzərə alınaraq tənzimlənir”.

Ekspert sonda vurğulayıb ki, hərbi sahədə atılan bütün addımlar Azərbaycanın milli maraqlarına əsaslanır və dövlət bu istiqamətdə daim təhlil və proqnoz əsasında qərar verir:

“Verilən qərarlar ani deyil, dövlət resurslarına, demoqrafik göstəricilərə əsaslanaraq hazırlanır. Bu sahədə peşəkar mütəxəssislər çalışır və təcrübə göstərir ki, qəbul edilən qərarlar həm dövlətin, həm xalqın, həm də təhlükəsizlik maraqlarının qorunmasına xidmət edir”.
 

XƏBƏR LENTİ

Seçmə

“ULU RÖYA YOLUNDA” KİTABININ TƏQDİMATI BAŞ TUTUB

09 Noyabr 2025
8
Cəmiyyət

Neftçalada Zəfər günü böyük coşqu ilə qeyd olundu

08 Noyabr 2025
1
Seçmə

“YOLÇU” TOYU – AAYDA MƏMURLARININ OLİQARXVARİ ŞƏNLİYİ

09 Noyabr 2025
17
Seçmə

BMT tərəfdaşı “CIPDH” – İnsan Hüquqlarının Müdafiəsi Komissarlığının Azərbaycan nümayəndəsi 74 yaşını qeyd edir

02 Noyabr 2025
5
Manşet

VƏKİLDƏN maraqlı İZAH – “Soyuq silah” hansı cinayət məsuliyyətidir?

01 Noyabr 2025
56
Manşet

DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub

31 Oktyabr 2025
79

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.