Respublikainfo.com Media Qrupu növbəti siyasi məqaləni təqdim edir:
Bildiyimiz kimi erməni və Azərbaycan xalqları arasında mübarizə və münaqişələr ermənilərin xalqımıza qarşı törətdiyi qətliam və soyqırımlar fasilərlə desək 100 ildən artıq zamanı əhatə edir.
Çar Rusiyasının tənəzzül etdiyi 20-ci əsrin ilk onilliyindən başlayaraq ermənilər ta 1991-ci ildə suveren Azərbaycan Respublikası qurulanadək və ondan sonra müstəqilliyinin ilk illərdəki gücsüzlüyündən istifadə edərək xarici havadarlarının fiziki və maddi köməyi ilə 1991-1994-cü illərdə Azərbaycanın 20%-ə qədər ərazisini zor tətbiqi ilə işğal edərək öz əlində saxlamışdır.1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə yürütdüyü ağıllı daxili və xarici siyasət ən əsası atəşkəs müqaviləsini imzalaması daha çox ərazimizin itirilməsinin qarşısını almış,növbəti illərdə ordu quruculuğuna ayırdığı xüsusi diqqətsə ordumuzun əsaslı və yenidən qurulması və gücləndirilməsi nəticələnmişdir.
2003-cü ildən prezident səlahiyyətlərini icra etməyə başlayan İlham Əliyevin hakimiyyəti dövründə isə ordu quruculuğuna ayırılan diqqət cari prezidentlərin hakimiyyət illəri ilə müqayisə də özünün kuliminasiya nöqtəsinəçatmışdır.2016-cı ildə atəşkəs imzalanandan 22 il sonra iki ölkə arasında Aprel ayında ən böyük toqquşma baş verir. Tarixə adı Aprel döyüşləri kimi keçmiş döyüşlərdə Azərbaycan ordusu 3-4 gün ərzində müxtəlif istiqamətlərdə 3 məntəqəni azad edir.Nəticə etibarilə Ermənistan rəhbərliyi ordusunun,ordumuz qarşısında nə qədər aciz olduğunun fərqinə varır.
Rusiyanın cəbhədəki gərginliyə görə etdiyi müdaxilə nəticəsindədöyüşlər başa çatır.
Çox keçmədən 2020-ci ildə baş tutan tovuz döyüşləri,ardınca da Vətən müharibəsi 20% ərazimizin 30 ildən sonra azad edilməsi,Ermənistan ordusunun darmadağın olunması ilə nəticələnir. 2020-ci il noyabr ayının 8-I tarixində Şuşa şəhərinin rəşadətli ordumuz tərəfindən azad olunması,ardınca səhərisi gün 71 kəndin azad olunması Ermənistan rəhbərliyni çıxılmaz vəziyyətə salır.
Müharibəni dayandırmanın vacibliyini dərj edən Ermənistan müttəfiqi Rusiyanın birbaşa iştirakı ilə 10.11.2020-ci ildə müharibəni dayandırtmaqla daha çox itkinin qarşısını alır.Noyabrda Rusiyanın da iştirakı ilə imzalanan 3 tərəfli bəyanata əsasən işğal altında olan Kəlbəcər,Laçın və Ağdam rayonları qaytarılmalı idi.
Xankəndi, Xocalı,Xocavənd və Ağdərə ərazilərində isə hələ də erməni separatçıları və onların tör töküntüləri qalmaqda idi.Ermənistan rəhbərliyi və qondarma rejim 2020-ci il 10 noyabr tarixində imzalanmış 3 tərəfli bəyanatının şərtlərinin əksəriyyətini qəbul etmək istəmir,hətta bundan boyun qaçırırdı.
Azərbaycanın dəfələrlətəklif etdiyi sülh dəvətləri cavabsız qalmış bu da ölkə rəhbərliyini hərb yoluna əl atmağa məcbur etmişdi. 2023.09.19-20 tarixlərində ordumuz 2020-ci ildən bəri Qarabağda aparılan döyüşlərdən geridə qalan erməni qalıqlarını təmizləyərək yerdə qalan digər ərazilərə də vahid hakimliyi ələ keçirir. Azərbaycanın apardığı dəmir yumruq siyasəti və eyni zamanda bir çox qərb dövlətlərinin sülh müqaviləsində maraqlı olması sülh məsələsində yeni cığırın açılmasına təkan verdi.Politoloq Aleksandr Ryabtsov qeyd edib.
Asif Quliyev
Azərbaycan Universiteti, İctimai Elmlər Fakültəsi