İlk növbədə Azərbaycan və Ermənistan arasındakı münasibətlərə diqqət yetirsək görərik ki, Azərbaycan və Ermənistan münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla Azərbaycanlının taleyinə ciddi təsir göstərib.
Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın keçmiş Dağlıq Qarabağ(indi Qarabağ) və ətraf 7 rayonu işğal edilmişdi. Nəticədə isə Qondarma Dağlıq Qarabağ Respublikası qurulmuşdur. 1994-2020 ci illərdə isə Ermənistan atəşkəs rejimini dəfələrlə pozmuşdur. XXI əsrin əvvəllərində baş vermiş Çaylı döyüşü, Aprel döyüşləri, Tovuz Döyüşləri və s münaqişələrdə Azərbaycan Ermənistanı məğlub edib.
2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Ermənistanı ağır məğlubiyyətə uğradaraq işğal edilmiş ərazilərini azad etmişdir. Və beləliklə bu gün Azərbaycan respublikasının prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən xarici siyasət təcavüzkar Ermənistanı bir daha işğalçılıq hərəkətlərinə son qoymağa və münaqişəni dinc yolla həll etməyə dəvət edir.
Tarixdən bizə məlumdur ki, Ermənistana hərbi cəhətdən kömək edən ölkələr əlbətdə ki, olub xüsusilədə 1918-1920 ci illərdə, Ermənistan Respublikası Sovet İttifaqı tərəfindən dəstəklənib.
1920-ci ilin sonlarında Ermənistan Sovet İttifaqı tərəfindən işğal edilib. Bu zaman Sovet İttifaqı Azərbaycan Xalq Cümhuriyyətinə qarşı da işğalçı siyasət yerinə yetirib.
1991-ci ildə müstəqilliyin bərpasından sonra Fransada Dağlıq Qarabağ məsələsində Ermənistana dəstək verən bir ölkə kimi tanınmağa başladı. Hazırda Fransanın yürütdüyü siyasətlərdən biri də, Ermənistanı silahlandırmaqdan ibarətdir. Fransa hökuməti Ermənistandakı səfirliyinə hərbi attaşe təyin edərək, Ermənistana silah verilməsini həyata keçirməsi, həmçinin, onun Hindistandan Ermənistana silahların göndərilməsində iştirakı da danılmaz faktdır.
Baxmayaraq ki, bu vaxta qədər Azərbaycan və Hindistan münasibətləri normal olub, amma Hindistan və Ermənistan arasında bu yaxınlarda 400 milyon dollarlıq dəyərində hərbi tərəfdaşlıq müqaviləsi imzalanmışdır. Demək olar ki, son zamanlarda tərəflər arasında münasibətlər gərgin hala gəlib.
Bunun səbəbi isə Azərbaycan və Pakistan münasibətlərinin inkişafı olmuşdur. Her iki ölkə arasında tarixi bağlılıq var. Azərbaycan Kəşmir məsələsində Pakistanı dəstəkləyib, Pakistanda Qarabağ məsələsində Azərbaycanı dəstəkləyib. Ancaq bu əlaqələr Hindistana yönəlməyib. Ölkəmiz Hindistanla münasibətlərin yenədə normal qalması üçün səylər göstərir.
Bunlara baxaraq deyə bilərik ki, Fransanın Ermənistanın məğlubiyyətindən istifadə edərək onu silahlandirması Türkiyə və Azərbaycana qarşı bir alət kimi istifadə etməsindən ibarətdir.
Hazırda Ermənistan bir işğalçı dövlət kimi tanınır. Fransanın və Hindistanın onu silahnan təmin etməsi Azərbaycan üçün çox da təhlükə yaradır və bu yeni münaqişələrədə səbəb ola bilər. Bu gün Azərbaycan həm iqtisadi cəhətdən, həm siyasi, hərbi cəhətdən olsun inkişafa nail olub. Bu isə Ermənistana və ona dəstək verən güclərə bir mesaj ola bilər.
Orucova Aysu, Azərbaycan Universiteti,