Respublikainfo.com Azərbaycan Universitetinin tələbəsi Fuad İsgəndərovun siyasi şərhini təqdim edir:
Ermənistan- KTMT və sülh problemləri Ermənistan, faktiki olaraq, KTMT-də fəaliyyətini dondurub və “KTMT-nin Ermənistan Respublikasında məsuliyyət zonası hansıdır?” – sualına cavab almasa, de-yure donduracaq.Bunu Baş nazir Nikol Paşinyan cərşənbə günü Ermənistan Milli Məclisində hər həftə keçirilən “Parlament saatı”nda deyib.Nikol Paşinyan bundan əvvəl də KTMT-nin fəaliyyətindən narazılığını bildirib.Ötən həftələrdə France-24 TV kanalına müsahibəsində o, Ermənistanın Kollektiv Təhlükəszilik Müqaviləsi Təşkilatında fəaliyyətinin dondurulduğunu bildirmişdi. “Biz KTMT-yə sual vermişik və bu günə qədər cavab almamışıq. Və bu suala cavabın olmaması, fikrimizcə, Ermənistan Respublikasının milli təhlükəsizliyi və ərazi bütövlüyünə təhdidlər yaradır.Çox sadə sualdır: KTMT-nin Ermənistan Respublikasında məsuliyyət sahəsi nədir?” –o, çərşənbə günü parlamentdə müxalif “Hayastan” fraksiyasının üzvü Geğam Manukyanın sualını cavablandırarkən deyib. Paşinyanın sözlərinə görə, bu sual 2021-ci ilin may və noyabr, eləcə də 2022-ci ilin sentyabr hadisələrindən sonra yaranıb. “Və bu sual belə bir kontekstdə meydana gəlib: KTMT bura missiya göndərmişdi və onun hərəkətlərinin və araşdırmalarının nəticələrinə əsasən vəziyyəti dəyərləndirməli idi. Faktiki olaraq, KTMT üzrə tərəfdaşlarımız mövcud vəziyyətə hər hansı qiymət verməkdən imtina ediblər, elə bu da hazırkı vəziyyətə səbəb oldu”, – Paşinyan bildirib. Onun sözlərinə görə, artıq bir ildir ki, Ermənistanın KTMT-də daimi nümayəndəsi yoxdur. Ermənistan uzun müddətdir ki, təşkilatın tədbirlərində – həm yüksək, həm ən yüksək səviyyədə – iştirak etmir. KTMT-də qərarların qəbul edilməsində konsensus prinsipi tətbiq edilir. Paşinyan əmin edib ki, Ermənistan heç nəyə mane olmur, heç bir məsələ bloklamayıb. Eyni zamanda Ermənistan orada gedən proseslərdə iştirak etmir, Paşinyan deyib. Onun sözlərinə görə, rəsmi Yerevan KTMT-nin Ermənistan Respublikasında hansı məsuliyyət zonasına malik olduğunu bilir. “Bizim təklif etdiyimiz tək bir şeydir: bu legitim cavaba imza atıb, onu etiraf etsinlər. Və bu konsensus əsasında edilməlidir”, – Paşinyan qeyd edib. KTMT rəsmiləri Paşinyanın bu ittihamlarını qəbul etmir. Beləliklə, baş verən hadisələr Ermənistan uğrunda Qərb- Rusiya mübarizəsinin aşıq müstəviyə keçdiyini, Cənubi Qafqazda geosiyasi çarpışmanın yeni, daha kəskin mərhələyə qədəm qoyduğunu sübut edir.Paşinyanın manevrləri, Rusiya ilə təhlükəli ‘’gizlənqaç’’ oyunları , Ermənistanın Qərb müttəfiqlərinin təhlükəli jestləri, onların Ermənistanı silahlandırmaları və s. amillər Qafqazda sülhün, əminamanlığın, dinc-yanaşı yaşamanın perspektivlərini ciddi sual altına qoyur. Azərbaycan dövlətinin aktiv, beynəlxalq hüquq prinsiplərinə söykənən ardıcıl, məqsədyönlü siyasətinin son hədəfi isə Qafqazda dayanıqlı, daimi və möhkəm sülhə nail olmaqdır.Belə ki, Azərbaycan öz tərəfindən həmin sülh platformasını 2020-2023-cü illərdəki hərbi-siyasi-diplomatik vasitələrlə bərqərar etmişdir. Necə deyərlər,Azərbaycan tərəfi özünün tutarlı şahmat gedişlərini etmişdir və qarşı tərəfin( hətta tərəflərin) konstruktiv mövqeyi vatında ortaya qoyularsa, bölgəmizdə çoxdan gözlənilən sülh və əminamanlıq da tezliklə bərqərar ola bilər.
İsgəndərov Fuad
Azərbaycan Universiteti
Baş redaktor: Bünyamin Bünyadzadə
Respublikainfo.com