• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
13 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Siyasət

Ermənistanda vətəndaşların böyük əksəriyyəti sülh istəyir – Deputat

22.05.2023 - 12:25
A A
0
SHARES
3
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

“Ermənistanda sadə vətəndaşların böyük əksəriyyəti sülh istəsə də, Ermənistan rəhbərliyi haqqında bunu demək çətindir. Siyasi rəhbərliyin belə bir dilemma qarşısında qalması ölkədəki daxili siyasi gərginliklə bağlıdır. Belə ki, Ermənistan siyasətçilərinin bir qismi hökuməti heç bir şəkildə sülh müqaviləsini imzalamamağa çağırır və hökumətə daxil olan siyasətçilər isə hansısa bir məqbul şərtlər əsasında Azərbaycanla və Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışırlar. Belə bir şəraitdə Ermənistan hakimiyyəti hələlik sülh və ya hərb arasında seçim etmək iqtidarında deyil, bu baxımdan Ermənistanın silah-sursat alması da, gələcəkdə bu yollardan hansını seçməsi ilə bağlı olacaq”.

RESPUBLİKAİNFO.COM  xəbər verir ki, bu fikirləri millət vəkili Cavanşir Feyziyev açıqlayıb. Deputat bildirib ki, digər tərəfdən Ermənistanın silahlandırılmasına xarici amillər də təsir göstərməkdədir:

“İran və Fransa hökumətləri tərəfindən Ermənistana yanlış siqnallar verilir və onlara lazım gələcəyi təqdirdə silahla yardım etmək haqqında sözsüz ki, məxfi danışıqlar aparılır. Bizə məlum olan bəzi faktlardan bilirik ki, Fransa hökuməti Ermənistana silah təminatı ilə yardım etməyi mümkün hesab edir. İranın da Ermənistana silah verməyə hər an hazır olduğunu bilirik və bütün bunlarla yanaşı Ermənistan siyasi hakimiyyəti ilə Rusiya siyasi hakimiyyəti arasında münasibətlərin normal məcraya düşəcəyi halda Rusiyanın da Ermənistanı bu məsələdə dəstəkləyəcəyini ehtimal etmək olar. Bütün bu məsələləri göz önünə alanda Ermənistanın, hətta etiraf etmək istəməsələr belə, silah-sursat alışı mümkündür və biz buna hər zaman hazır olmalıyıq. Lakin Ermənistanın bugünkü vəziyyəti onu deməyə əsas verir ki, Ermənistan bu gündən başlayaraq nə qədər silah-sursat alsa, yəni Ermənistanın iqtisadi gücünə müvafiq olaraq ala biləcəyi silah-sursat heç də hər hansı bir revanşist addımların atılmasına şərait yarada bilməz”.

“Azərbaycan ordusu Ermənistan ordusundan qat-qat yüksək səviyyədədir və Ermənistanın bundan sonra döyüşə girə biləcək qabiliyyətdə olmalı bir ordu yaratması üçün ən azı bir neçə onillik lazımdır və o şərtlə ki, hu onilliklər ərzində Ermənistan iqtisadiyyatı daim inkişafda olsun. Ermənistan iqtisadiyyatının inkişaf meyillərinin yaranması üçün də Ermənistan ilk növbədə Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırıb, normal qonşuluq münasibətlərində və normal iqtisadi-ticari münasibətlərdə olmalıdır. Bütün bunlar olmayana qədər Ermənistanın sözün əsl mənasında müharibə aparacaq bir ordu hazırlamaq imkanları yoxdur və yaxın gələcəkdə də belə imkanların olacağı gözlənilmir”,- deputat əlavə edib.

Respublikainfo.com

Baş redaktor : Bünyamin Bünyadzadə

XƏBƏR LENTİ

Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
36
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
96
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2
Cəmiyyət

Neftçalada hesabat yığıncağı keçirilib

30 Yanvar 2026
6

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.