Azərbaycan bu gün dünyada nadir ölkələrdən biridir ki, həm təbii, həm də bərpaolunan enerji ehtiyatlarına sahibdir. Ölkəmiz hazırda dünyada daha çox zəngin qaz və neft ehtiyatı ilə tanınır. Bununla belə Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə yürüdülən siyasətin əsas prioritet istiqamətlərindən biri də yaşıl enerji istehsalını inkişaf etdirməkdir.
Bizlər son illərdə bu sahədə əldə edilmiş nailiyyətləri daha çox görürük. Məhz Dövlət başçımızın bu sahəyə şəxsən nəzarət etməsinin nəticəsidir ki, Ölkəmiz COP-29 kimi mötəbər tədbirə yekdilliklə ev sahibliyi etmək hüququnu qazanıb.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 1 mart tarixində paytaxtın Gülüstan sarayında baş tutmuş Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuraları çərçivəsindəki iclasdakı çıxışında qeyd etmişdir ki: “Azərbaycan yaşıl enerjiyə keçid prosesində iştirak edir. Bu il Azərbaycanda”Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur. Bizim bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir. Keçən ilin oktyabr ayında Azərbaycanda açılışını qeyd etdiyimiz ilk böyük Günəş Elektrik Stansiyası yer alır və bu stansiyanın gücü 230 meqavatdır”. Bu gün Ölkəmiz eyni zamanda yaşıl enerji ilə bağlı bir sıra layihələrə də qoşulur.
Dövlətimiz “Qara Dəniz Yaşıl Kabel” layihəsi çərçivəsində Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri olmağı nəzərdə tutur. Bu layihə əsasında Xəzər dənizindəki külək dəyirmanlarından əldə edilmiş enerji yeni ötürücü xətlərlə Qara dənizin dibi ilə Avropaya çatdırılacaq. Bütün bunlar baş tutacağı halda Möhtərəm Prezidentimiz qeyd etdiyi kimi; “Bərpaolunan enerji mənbələrimiz nə qədər çox olsa, indi elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qaza daha çox qənaət etmiş olacağıq”.
Qeyd edək ki, dünya dövlətləri yaşıl enerji üçün ciddi-cəhdlə çalışsalar da təbii qaz və neft enerjisinə olan təlabat hələ də yüksəkdir. Artıq Azərbaycan iki ildir ki, Cənub Qaz Dəhlizi vasitəsilə bir çox ölkələrə qaz naqil edir. Bir zamanlar Azərbaycanda “kifayət qədər qaz yoxdur” deyənlər artıq Ölkəmizin ortaya qoyduğu faktlar, eləcə də qazandığı uğular qarşısında geriyə çəkilmək məcburiyyətində qalırılar. Az qala Avropanın əhəmiyyətli ərazisinə təbii qaz nəql edən Azərbaycan bu gün, həm də özünün etibarlı tərəfdaş olduğunu nümayiş etdirir. Bütün bunlar göstərir ki, hazırda 8 ölkəyə təbii qaz nəql edən Azərbaycan ciddi oyunçudur. Bu say əlbəttə ki, yaxın zamanlarda artacaqdır. Çünki, Avrasiyanın qaza ciddi ehtiyacı var. Azərbaycan isə lazımı qədər təbii qaz ehtiyatına malikdir. “Sözümüz imzamız qədər dəyərlidir” deyən Möhtərəm Prezidentimiz bu sahədə də qarşıya qoyulan bütün vəzifələrin həllinə, müqa layihələrin həyata keçirilməsinə tam nail olacaq bir ŞƏXSİYYƏTDİR!.
Şahin Məmmədov;
Neftçala rayonu, Şəhid atası