• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
08 Mart, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Seçmə

“Elm və Təhsil Nazirliyi təcili olaraq ADNSU-dakı vəziyyətə müdaxilə etməlidir” – GƏRGİNLİK

13.01.2025 - 13:07
A A
0
SHARES
16
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Bir qrup müəllim və işçi heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində baş verən qanunsuzluqlarla bağlı media vasitəsi ilə Prezident İlham Əliyevdən kömək istəyib.

 

 

Respublikainfo.com xəbər verir ki, məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən eks deputat Etibar Əliyev bildirib ki, bir az keçmişə qayıdaq. ADNSU-nun keçmiş rektoru Mustafa Babanlı müəllimlərə qarşı həddindən artıq saymazlıq edib. Nə qədər adamı işdən çıxarırdı. Hətta deyirdi ki, kim hara şikayət edir etsin. Bu universitetdə özbaşınalıq ənənəsini Mustafa Babanlı quyub.
Eks deputatın sözlərinə görə, ADNSU-nun rektor əvəzi Vazeh Əsgərov belə kəskin addımlar atmamalıdır. Onun ənənəsini davam etməməlidir.

 

“Sual yaranır ki, müəllimi nə üçün işdən çıxarırlar. Yaş məsələsini də vurğulamaq lazımdır. Dünyanın aparıcı universitetlərində 90 yaşlı alimlər çalışır, məsləhətçi professorlar kimi çalışırlar, dərs deyirlər. Fiziki cəhətdən imkanları çatırsa, o müəllimlərə toxunmurlar. Onlar gənclərdən də artıq səviyyədə müasir texnologiyalarla işləyirlər. Hansısa müəllimin birdən-birə işdən çıxarılmasının qətiyyən əleyhinəyəm. ADNSU spesifik universitetdir. Bu tip ali məktəblər üçün müəllim hazırlığı indilki dövrdə çox çətindir. Bunu nəzərə almaq lazımdır. Universitetdə ailə çətəsi qurmaq, yerlipərəstlik, dostbazlıq yolverilməzdir. Mən kəskin şəkildə bunların əleyhinəyəm. Universitet çox həssas təsisatdır. Çünki orada gələcəyin mütəxəssisləri hazırlanır. Çox təəssüflər olsun ki, bizim bir çox universitetdə belə hallar açıq şəkildə müşahidə olunur. Hətta mən ad da çəkə bilərəm. Azərbaycan Dövlət Pedaqoji Universitetində də bu hallar var. Özəl ali məktəblərin hamısı ailə universitetləridir. Sanki bu bir həqiqətə çevrilib ki, özəl ali məktəblərin rektorları qohumlarını, övladlarını, yerlilərini vəzifələrə çəkməlidirlər. Bu qarşısıalınmaz bir prosesə çevrilib”.

– Bunun qarşısını almaq mümkün deyilmi? Nə təklif edərsiniz?

– “Bunun qarşısını almaq üçün ictimai nəzarətin güclənməsi, eyni zamanda ali məktəb müəllimlərinin sosial şəbəkələrdə neqativ halları işıqlandırması vacibdir. Elm və Təhsil Nazirliyi bu məsələlərə həddindən artıq etinasız yanaşır.
ADNSU-nun “Fəlsəfə” kafedrasından bir qadın müəllim mənə açıq məktub yazmışdı. Onu da qanunsuz şəkildə Mustafa Babanlı işdən çıxarmışdı. Qadın psixi sarsıntı keçirib xəstəlik tapmışdı bu haqsızlığa görə. Həmin qadın Elm və Təhsil Nazirliyi və digər qurumlara 30-dan çox məktub ünvanlayıb. Bunların heç birinə baxılmayıb.

Ali məktəblərə, Elmlər Akademiyasının institutlarının tabe olduğu Elm və Təhsil Nazirliyində hətta xadimənin də ərizəsi baxılmamış qalmamalıdır. Mən düşünürəm ki, Elm və Təhsil Nazirliyi təcili olaraq belə məsələlərə müdaxilə etməlidir. Vazeh müəllim M. Babanlıdan qalan iş prinsipi ilə işləməməlidir. Bu gün hər şəxsə qayğı göstərmək yalnız başucalığı gətirə bilər”.

XƏBƏR LENTİ

Cəmiyyət

Gənclər Mərkəzi Qəbələ rayonunda tədbir keçirdi – FOTOLAR

18 Fevral 2026
8
Cəmiyyət

Tanınmış politoloqa vəzifə verildi – YENİ TƏYİNAT

16 Fevral 2026
9
Mədəniyyət

Gəncə Dövlət Milli Dram Teatrına direktor TƏYİN EDİLİB

14 Fevral 2026
29
Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
41
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
115
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.