• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
13 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Cəmiyyət

“Ədəbiyyat” qəzetinin baş redaktorunun yubileyi qeyd olunub

01.12.2023 - 8:35
A A
0
SHARES
5
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Neftçala rayonunda tənqidçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Əməkdar mədəniyyət İşçisi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Əbilovun (Azər Turan) anadan olmasının 60 illik yubileyi qeyd olunub.

“İki sahil” xəbər verir ki, yubiley mərasimində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatları Nizami Cəfərov, Sabir Rüstəmxanlı və Aqil Abbas, Xalq yazıçısı, hüquq elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev, Ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru Elnarə Akimova, şair, yazıçı, kinodramaturq İlqar Fəhmi, filologiya üzrə fəlsəfə doktoru, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu, tənqidçi, publisist, filologiya elmləri doktoru, Əməkdar jurnalist, Jurnalistikanın İnkişafına Yardım Fondunun sədri Qulu Məhərrəmli, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailləri, ağsaqqallar və rayon ictimaiyyəti iştirak edib.

Yubiley tədbirindən öncə Azər Turanın ata evi Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş, ədəbiyyatşunas alim, filologiya elmləri doktoru, professor mərhum İmamverdi Əbilovun evində yerləşən şəxsi kitabxanasını ziyarət olunub və kitabxananın kitab fondu ilə qonaqlar tanış olublar.

Yubiley tədbirdən yubilyarın kitab sərgisinə qonaqlar tərəfindən baxış keçirilib və Azər Turan yaradıcılığını özündə əks etdirən videoçarx izlənilib.

Yubiley mərasimində çıxış edən Xalq yazıçısı, hüquq elmləri doktoru, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor, Azərbaycanda Atatürk mərkəzinin müdiri Nizami Cəfərov, Milli Məclisin deputatı, Azərbaycanın Xalq yazçısı Sabir Rüstəmxanlı, Milli Məclisin deputatı, yazıçı, Əməkdar jurnalist Aqil Abbas, filogiya üzrə fəlsəfə doktoru, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu, Ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru, Nizami Gəncəvi adına İnstituun və Ədəbiyyat qəzetinin şöbə müdiri Elnarə Akimova, tənqidçi, publisist, filologiya elmləri doktoru, Azərbaycan respublikasının Əməkdar jurnalisti, Jurnalistikanın İnkişafına Yardım Fondunun sədri Qulu Məhərrəmli yubilyarın həyatından və fəaliyyətindən, Azər Turan yaradıcılığından və şəxsiyyətinin bəzi məqamlarından söz açıblar, onunla olan xoş xatirələrini bölüşüblər və yubilyarı xoş sözləri ilə təbrik ediblər.

Yubileydə çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov bildirib ki, Azər Turan imzası ilə ictimai və elmi mühitdə mühüm mövqeyə malik ədəbiyyatşünas, tənqidçi və yazıçıdır. Azər Turan, xüsusilə Cavidlər ocağının mənəvi varisi olaraq tanınır və o “Hüsni-xuda şairi Hüseyn Cavid”, “Cavid əfəndi”, “İrfan çobanı”, “Cavidnamə”, “Hüseyn Cavid”, “Əbədi Turan”, “Turan Cavidin son söhbəti, son yaşantıları, son günü”, “Ərtoğrul Cavidin bütün əsərləri: yazıları, rəsmləri, bəstələri, məktubları”, “Mişkinaz Cavid. Cavid haqqında xatirimdə qalanlar” kimi ciddi elmi əhəmiyyətə malik əsərlərin müəllifidir.

RİH-in başçısı bildirib ki, Azər Turan həm də Türk dünyasının birliyinə, turançılığa xidmət edən görkəmli fikir adamları haqqında çoxsaylı əsərləri ilə elmimizə və ictimai fikrimizə xidmət edib, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Hadi, Bəkir Çobanzadə, Ömər Faiq Nemanzadə və başqa şəxsiyyətlərlə bağlı qiymətli əsərlər yazıb. Neftçala RİH-in başçısı 60-cı doğum günü qeyd olunan Azər Turanı yubileyi münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Yubilyar Azər Turan çıxış edərək anadan olmasının “60 illik yubileyi”in Rayon İcra Hakimiyyəti tərəfindən yüksək səviyyə qeyd edilməsi və ona göstərilən yüksək ehtirama görə Rayon rəhbərliyinə, təbdirdə iştirak edən qonaqlara və Neftçala rayon ictimaiyyətinə öz təşəkkürünü bildirib. Tədbirin sonunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov yubilyara fəxri fərman və xatirə hədiyyəsi təqdim edib.

XƏBƏR LENTİ

Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
36
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
96
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2
Cəmiyyət

Neftçalada hesabat yığıncağı keçirilib

30 Yanvar 2026
6

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.