Respublikainfo.com xəbər verir ki, görüşün başlanğıcında Azərbaycan Hava Yollarına məxsus təyyarənin faciəvi qəzası nəticəsində həyatını itirənlər və bütün Türk Dünyası şəhidləri anıldı.
“Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev görüş təklifini qəbul edən Sivas Kosova Dostluq Platformasının sədri, Balkanlar üzrə mütəxəssis Mehmet Yarara təşəkkürünü bildirərək: “ Kosova türkləri və Balkanlardakı bütün türklər də Türk Dünyasının ayrılmaz parçalarıdır. Onları yaxından tanımalı və onlarla həmrəy olmalıyıq” – ifadələrini söylədi.
Sivas Kosova Dostluq Platformasının sədri, Balkanlar üzrə mütəxəssis Mehmet Yarar : “ Mən də təyyarə qəzasında faciəvi vəziyyətdə həlak olan bütün insanlara rəhmət diləyirəm, Prezident cənab İlham Əliyevin də doğum gününü Sizin platform vasitəsilə bir daha təbrik edirəm. Kosova Türkleri, Türk dünyasının ayrılmaz bir hissəsidir. Onların tarixi, Osmanlı İmperiyasının Balkanlardakı varlığına dayanır. Bu coğrafiyada əsrlər boyu yaşayan Kosova Türkleri, Türk mədəniyyətini, dilini və adət-ənənələrini yaşatmışlar.
Ancaq XX əsrdə baş verən siyasi hadisələr, Kosova Türklerinin həyatını dərin-dərinə təsir etmişdir. Müharibələr, miqrasiyalar və assimilyasiya siyasətləri onların varlığını təhdid etmişdir. Buna baxmayaraq, Kosova Türkleri öz kimliklərini qorumaq üçün böyük mübarizə aparmışlar. Bu yolda Kosova Türklərinin hər daim yanında Şəhid lider Muhsin Yazıcıoğlu və Türkiyə Cümhuriyyətinin Prezidenti Recep Tayyip Erdoğan olub.
Türk Dünyasındakı fəaliyyətlərinə görə Əbədi Birlik təşkilatına xüsusi təşəkkürümü bildirirəm“ – deyərək fikrini sonlandırdı.