• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
27 Yanvar, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Seçmə

Düşünürdünüz ki, yaratdığınız yırtıcı ordusu sizi qoruyacaq…

16.10.2025 - 21:28
A A
0
SHARES
12
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Nə əkərsən, onu da biçərsən… və ya Beriyanın mənəvi varisi Mehdiyevin aqibəti haqqında bir neçə kəlimə

Dünən bu xəbər yayılan kimi sosial şəbəkələrdə hər kəs 7-77-yə Ramiz Mehdiyevi “baltalamağa” başladı.

Bu hücumların çoxu kampaniya səciyyəsi daşısa da həqiqət budur ki, bu xətti də elə cənab “boz kardinal” özü müəyyən etmişdir.
Vurulanı dərhal baltalamaq, cəmiyyətdə iflic etmək, insanları linc etmək, şantaj, şiddət kimi strateji xəttin banisi özü qazdığı quyuya bir gün özü düşəcəkdi.

Şəxsən mənim üçün təccüblü heçnə yox idi, dünən baş verənlər, sadəcə, indiyə qədər olanların sistematik yekunu idi.

Siyasətdə məsələlərin şəxs üzərindən yürüməsinin və qaralama kampaniyaçılığının qəti əleyhinə olsam da, Mehdiyev personasında məsələ fərqlidir.

Ənvəroviç şəxsiyyəti Azərbaycanda Kremlin çökən sistemini təcəssüm etdirdiyindən bu mövzuda yazmaq məcburiyyətində qalırsan.

Müstəqillik tariximiz sovet ideoloji məktəbindən dərs alan “akademik”lərə Demokratiyanın onlar üçün ikinci təhsil olaraq bir şans olduğunu başa salmağa çalışsada anlamadılar…

Bəli anlamadınız Ramiz Ənvəroviç, siz ancaq Patruşevi və Narışkini dinlədiniz və sonra gəlib bütün gücünüzlə SÖZÜ boğmağa çalışdınız..

“Hər kəsin bir qiyməti vardır” deyib, müxalifət sıralarını zəiflətdiniz. Bütün maddi resursları əlindən alınan müxalif siyasi fəallar dilemma qarşısında qalırdı: ya Mehdiyevlə işləyərək əqidəni sataraq maddi cəhətdən ayaqda durmaq, ya da təmiz, zəif vəziyyətdə duruş gətirməyə cəhd göstərmək.

İnsanların simpatiya bəslədiyi siyasətçilərin əksəriyyətini satın alaraq cəmiyyəti mənəvi cəhətdən axtaladınız.

Həbsxanaları siyasi məhbuslarla dolduranda yerinizi və ya yaxın qohumlarınızı onların yanında görürdünüzmü? Yəqin ki, yox. Düşünürdünüz ki, yaratdığınız yırtıcı ordusu sizi qoruyacaq. Halbuki gəmidən qaçan ilk onlar oldu.
Dəqiq bilirəm ki, onların bu günkü statusların görəndə iyrənirsiniz, bəli razıyam məndə çünki mən də iyrənirəm. Amma bu iyrəncliyin də müəllifi sizsiniz…

Nə siyasəti yaxşı bildiniz nə elmi-tarixi…

Ən azından sizi yetişdirən SSRİ tarixini yaxşı bilmədiyiniz bəlli oldu. Sovetin 37-ci il repressiyalarının qanlı qılıncı, SSRİ-nin 2-ci adamı olan Beriya haqqında heçmi oxumadınız və ya filmlərə baxmadınız? Bircə epizodu öyrənməli idiniz – Xalqa qan udduran Beriyanı xalq güllələmədi, Beriyanı xidmət etdiyi sovetlər və əqidə yoldaşları güllələdi. Çünki zamanı dolmuşdu. Güman ki, bütün avtoritarlar kimi, sonda Beriya da qanunun aliliyindən, cinayət məcəllələrindən və ən əsası, Femidanın ədalətindən və ayrıseçkiliyin yolverilməz olduğundan bəhs edirmiş.
Necə ki, indi siz edəcəksiniz…

Durum acınacaqlıdır, amma ibrət götürüləsidir. Sizə oxşamaq istəyənlər hələ də var və sizin kimi onlar da bizimlə mübarizə aparırlar. Bu yazı bir az da onların ibrət alması üçündür…

ANAR ƏSƏDLİ

XƏBƏR LENTİ

Cəmiyyət

Politoloq Samir Hümbətov tələbələri ilə Şəhidlər Xiyabanını ziyarət edib

22 Yanvar 2026
2
Mədəniyyət

Afaq Bəşirqızı bu dəfə Zal qızı Zalxa obrazı ilə pərəstişkarlarını sevindirəcək

19 Yanvar 2026
10
Cəmiyyət

“Nazlı Ana” Xeyriyyə Təşkilatı fəaliyyətə başladı – FOTOLAR

11 Yanvar 2026
12
Cəmiyyət

Politoloq Samir Hümbətov mükafata layiq görülüb

04 Yanvar 2026
9
Cəmiyyət

Elçin Tağıyev: Goranboy RİH-nin ayırdığı 66 600 manat vəsait hara xərclənib

31 Dekabr 2025
14
Cəmiyyət

“Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində “Balaca Ekoloqlar” layihəsi davam edir

30 Dekabr 2025
1

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.