Azərbaycan diaspronun indiki vəziyyəti normal qiymətləndirilir. Hesab olunur
ki, indiki vəziyyətdə dünyada gedən proseslər fonunda diaspora yaxşı fəaliyyat göstərir. Təbii ki, biz onun daxilini yaxşı bilmirik, bizim bildiyimiz sadəcə bu dağının görünən üzüdür.
Əlbəttə hər bir qurumda müəyyən problemlər ola bilir, bəlkə də, burda da var. Dövlət olaraq biz daha çox iş görə bilərik ki, işin içində bir qurum olduğu halda. Amma müəyyən bir məsələlər var ki, hələ də həllini tapmayıb. Məsələn, dünya azərbaycanlılarının daha kordinasyalı işləməsi sahəsində. Xaricdə təhsil alan gənclərimiz təhsillərini bitirdikdən sonra fəaliyyətlərini davam etdirirlər. Elələri var ki, miqrant kimi gedir orda yaşayır.
Bu sahədə diaspora heyyəti bu işlə məşğul olsa daha effektiv şərait yaradar, daha çox nəticə ala bilərik.
Digər tərəfdən hesab olunur ki, uzun müddətdir ki, dünyanın müxtəlif yerlərində
yaşayan azərbaycanlılarla daha sıx, daha mütəşəkkil şəkildə işləsək bu dövlət
fəaliyyətinə dəstək olar.
Nəzərə alınmalıdır ki, hələ də sülh müqaviləsi hələ də imzalanmayıb və hələ də dünyanın bəzi ölkələri anti – azərbaycan siyasat
yeridirlər. Onların qarşısında durmaq məqsədi ilə diasporanın lobbi xidmətindən
istifadə etməliyik. Bir sıra ölkələrdə diaspromuz güclüdür, yəni bir sıra təsir
imkanları var, amma bizim edəcəyimiz ən vacib işlərdən biri də orda yaşayan
azərbaycanlıların oranın vətəndaşlığını qazanmasını saxlamaqdır.
Və bununla həmin vətəndaşları hakimiyyətdə güclü yerlərə gətirərək o ölkə ilə azərbaycan arasındakı gərginliyi aradan qaldırmaq mümkün ola bilər.
Beləliklə də orda Azərbaycanın maraqlarını da qorumaq mümkün olacaq. Bunun
üçün daha fəal işləməliyik, çünki bu bizim qarşımızda duran əsas məqsədlərdən biridir. Göründüyü kimi komitə iş üzərində çalışır. Bunun işə yarayıb yaramayacağını zaman göstərəcək.
Mamedov Məhi
Azərbaycan Universiteti
Respublikainfo.com