• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
13 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Manşet

DTX-nin Akademiyasında növbəti məzun buraxılışı olub…

03.07.2024 - 19:24
A A
0
SHARES
7
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

İyulun 3-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında (Akademiya) növbəti məzun buraxılışına həsr olunmuş təntənəli tədbir keçirilib.

Respublikainfo.com xəbər verir ki, bu barədə DTX-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti və valideynlər iştirak ediblər.

Öncə, Ulu Öndər Heydər Əliyevin Akademiyanın ərazisində ucaldılmış abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb. Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Təntənəli tədbir məzunlara diplomların təqdim olunması mərasimi ilə davam edib, ardınca DTX-nin rəisi general-polkovnik Əli Nağıyev giriş nitqi ilə çıxış edib.

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, dahi şəxsiyyət Heydər Əliyevin adını daşıyan Akademiyada təhsillərini uğurla başa vurmaları ilə bağlı məzunlara təbriklərini çatdıran Xidmət rəisi DTX-nin gələcək zabit əməkdaşlarının Vətənə və xalqa dönməz sədaqətlə xidmət edəcəklərinə, dövlətimizin təhlükəsizliyinin keşiyində hər zaman ayıq-sayıq duracaqlarına, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əvəzsiz səyləri nəticəsində müasir çağırışlara uyğun formalaşdırılmış milli təhlükəsizlik konsepsiyasının müvəffəqiyyətlə reallaşdırılması istiqamətində üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə, ölkənin təhlükəsizliyinin etibarlı təminatı naminə var qüvvə ilə çalışacaqlarına inamını ifadə edib.

General-polkovnik Əli Nağıyev bildirib ki, yüksəkixtisaslı kadrlarla komplektləşdirilmiş və maddi-texniki bazası davamlı yenilənən Akademiyada keyfiyyətli təhsil alınması üçün tədris prosesi ilbəil təkmilləşdirilir, xüsusi təyinatlı təhsil müəssisəsinin infrastrukturu çağdaş tələblərə uyğun şəkildə yenidən qurulur. Sadalanan amillərlə yanaşı, Akademiyada kursant adına yiyələnmək istəyənlər arasında ciddi seçim aparılır, bu proses çərçivəsində yalnız qənaətbəxş səviyyədə bilik və bacarıqları olan, gələcəyi böyük potensial vəd edən gənclərə üstünlük verilir. Son illərdə görülən bu məqsədyönlü tədbirlərin nəticəsidir ki, yüksək bal toplayaraq Akademiyaya daxil olan kursantların sayı hər ötən il daha da artır və onlar respublika üzrə keçirilən müxtəlif bilik yarışlarında birincilik qazanırlar.

Tədbirin digər çıxışçıları kursantların peşəkar zabit kimi yetişmələri üçün Akademiyada yaradılan hərtərəfli şəraitə görə DTX-nin və Akademiyanın rəhbərliyinə minnətdarlıq etmiş, övladlarının dövlətimizə təhlükəsizlik orqanı əməkdaşı kimi xidmət edəcəklərinə görə qürur və şərəf hissi keçirdiklərini bildiriblər.

Sonda xatirə fotoşəkli çəkdirilib.

Baş redaktor : Bünyamin Bünyadzadə 

Respublikainfo.com 

 

 

XƏBƏR LENTİ

Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
31
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
94
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2
Cəmiyyət

Neftçalada hesabat yığıncağı keçirilib

30 Yanvar 2026
6

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.