• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
16 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Cəmiyyət

DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilmişdir

10.05.2024 - 20:20
A A
0
SHARES
4
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Respublikainfo.com Dövlət Təhlükəsizliyi Xidmətinə istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında (Akademiya) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilmişdir.

Tədbirdə ölkənin xüsusi təyinatlı ali təhsil müəssisələrinin rəhbər şəxsləri və professor-müəllim heyəti ilə yanaşı, Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və Milli Məclisin deputatı Etibar Əliyev iştirak etmişlər.
Əvvəlcə qonaqlar xalqımızın ümummilli lideri Heydər Əliyevin Akademiyanın ərazisində ucaldılan abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla anmışlar.
Konfrans açıq elan olunduqdan sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə giriş nitqi ilə çıxış edən Akademiyanın rəisi polkovnik Elşad Nəsirov bu il may ayının 10-da müasir Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünün tamam olduğunu diqqətə çatdırmış, milli dövlətçilik ənənələrimizin yenidən bərqərar edilməsi və ölkəmizdə demokratik prinsiplərə əsaslanan hüquqi dövlətin qurulmasının məhz Ümummilli Liderin adı ilə bağlı olduğunu qeyd edərək Ulu Öndərin doğma Vətəni və xalqı qarşısında göstərdiyi misilsiz xidmətlərdən ətraflı söhbət açmışdır.
Ardınca Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
Konfransda Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov çıxış edərək Ulu Öndərin düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdiyini və Azərbaycanda hüquqi dövlət quruculuğu strategiyasının müvəffəqiyyətlə reallaşdığını vurğulamış, dahi rəhbərin müstəqil respublikamızın ilk Konstitusiyasının hazırlanmasında və qəbul edilməsində gərgin əməyindən bəhs etmişdir. O bildirmişdir ki, Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi hüquqi islahatlar bu gün möhtərəm Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirilir.
Sonra digər natiqlər – Milli Məclisin deputatı Etibar Əliyev və Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Ulu Öndər barədə öz çıxışlarını etmiş, belə bir konfransın keçirilməsinin əhəmiyyətinə toxunaraq, bu tədbirin Heydər Əliyevin dövlətçilik amallarının və vətənpərvərlik irsinin təbliği baxımından önəminə toxunmuşlar.
Baş redaktor: Bünyamin Çingizoğlu Respublikainfo.com 

XƏBƏR LENTİ

Mədəniyyət

Gəncə Dövlət Milli Dram Teatrına direktor TƏYİN EDİLİB

14 Fevral 2026
23
Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
36
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
98
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.