• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
13 May, 2025
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Cəmiyyət

Dövlət Təhlükəsizliyi Xidmətində Ulu Öndər Heydər Əliyevlə bağlı tədbir KEÇİRİLİB…

10.05.2024 - 20:26
A A
0
SHARES
12
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Respublikainfo.com xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib.

Müasir müstəqil Azərbaycanın qurucusu, çağdaş dövlətçiliyimizin banisi, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edərək önünə əklil və gül dəstələri qoymuş, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirmişlər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilmiş, məzarı üzərinə gül dəstələri düzülmüşdür.

Xidmətin şəxsi heyətinin iştirakı ilə DTX-nin akt zalında təşkil olunmuş tədbirdə Ümummilli Lider Heydər Əliyevin və respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş və Dövlət Himni səsləndirilmişdir.

DTX-nin rəisi general-polkovnik Əli Nağıyev geniş nitqlə çıxış edərək dahi rəhbərin həyat yoluna nəzər salmış, Ulu Öndərin mənalı ömrünün 25 ilini həsr etdiyi təhlükəsizlik orqanlarındakı fəaliyyətinin bu orqanların tarixində mühüm bir mərhələ kimi qiymətləndirildiyini vurğulamış, onun əvəzsiz səyləri ilə təhlükəsizlik təşkilatının azərbaycançılıq ideologiyası əsasında formalaşmasından, xilaskarlıq missiyasını üzərinə götürərək dövlətimizin müstəqilliyinin qorunub saxlanılmasında misilsiz xidmətlərindən ətraflı bəhs etmişdir. General-polkovnik Əli Nağıyev bildirmişdir ki, bugünkü təhlükəsizlik orqanlarının fəaliyyətinin əsasını Heydər Əliyevin bu təsisatda təməlini qoyduğu peşəkarlıq məktəbi və vətənpərvərlik irsi təşkil edir və DTX-nin əməkdaşları bu məktəbin davamçıları olaraq təhlükəsizlik orqanlarında Heydər Əliyev ənənələrinin yaşadılması və inkişaf etdirilməsi naminə əzmlə çalışırlar.

Xidmət rəisi Əli Nağıyev Ulu Öndərin siyasi varisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xüsusi xidmət orqanlarının hazırda öz fəaliyyətini uğurla həyata keçirdiyini diqqətə çatdırmışdır.

Rəsmi hissə başa çatdıqdan sonra tədbir bədii hissə ilə – DTX-nin Mədəniyyət mərkəzində tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin ifasında konsert proqramı ilə davam etdirilmişdir.

Baş redaktor: Bünyamin Bünyadzadə Respublikainfo.com 

 

XƏBƏR LENTİ

Seçmə

GÖZƏLLİK VƏ SAĞLAMLIQ – KOSMETOLOQ AYTƏN ƏNVƏRLİ İLƏ…

13 May 2025
5
Cəmiyyət

Neftçalada Ulu Öndərin 102 illiyi qeyd olunub

11 May 2025
4
Mədəniyyət

Azərbaycanda tanınmış fransız ifaçı İndilanın mahnısına film çəkildi – VİDEO

11 May 2025
17
Cəmiyyət

Neftçalanın icra başçısı səyyar görüş keçirib

08 May 2025
3
Seçmə

Xalq artisti Tünzalə Ağayeva “ADAvision”da – FOTO/VİDEO

08 May 2025
7
Cəmiyyət

XİLASKAR HƏKİMLƏR… TANRI SİZİ QORUSUN!

07 May 2025
87

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.