Hüquqi biliklərin media vasitəsi ilə təbliği üçün rubrikamız davam edir. Bu dəfə doğumun qeydə alınması barədə məlumatları təqdim edirik.
Doğumun qeydə alınması üçün bu barədə məlumat verən şəxs tərəfindən seçdiyi yer üzrə qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya icra hakimiyyətinin nümayəndəliyinə uşağın doğulduğu gündən 1 ay ərzində, uşaq ölü doğulduqda isə 3 gün müddətində müraciət edilməlidir.
Üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün qanunvericiliklə müəyyən edilmiş müddətdə müraciət olunmamasına görə valideynlərə xəbərdarlıq edilir və ya onlar 10 (on) manat məbləğində cərimə olunurlar.
Bünyamin Bünyadzadə
Respublikainfo.com