• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
13 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Sağlamlıq

DİQQƏT! Payız depressiyasından necə qurtulmaq olar? – Psixoloqdan AÇIQLAMA

29.10.2025 - 14:54
A A
0
SHARES
30
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

İsti yay günlərindən sonra sərin payız fəsli bir çox insanlar üçün çox xoş təsir bağışlayır. Lakin bəzi insanlar payızda depressiv olur. Payız depressiyası kimi bir anlayışın olduğunu da çoxumuz bilirik. Bəs, payız depressiyası nədir? Bu depressiyanın səbəbləri nələrdir? 

Respublikainfo.com xəbər verir ki, mövzu ilə bağlı Psixoterapevt, psixoloq Nərmin Ağayeva Referans Mediaya açıqlamasında bildirib ki, payız depressiyasına biz səssiz eniş də deyə bilərik. Çünki isti günlərdən, səsli – küylü mühitdən bir anda insanlar sakit bir mühitə düşür.  Amma bu sakitlik bəzən bir  rahatlıq deyil bir boşluq olur. Sanki insanın iç dünyasında işıqlar sönür. Beləliklə də insanlarda səbəbsiz yorğunluq, həvəssizlik və heç nəyə güc tapmamaq kimi əlamətlər yaranır. Əgər bir insanda bu hallar varsa, o zaman buna səssiz eniş və ya payız depressiyası deyə bilərik. Əslində isə bu insanın mənəvi zəifliyi deyil. Bu sadəcə olaraq müvəqqəti bir haldır. Bu bədənin və beynin təbiətin ritminə verdiyi reaksiyadır. Gün qısaldıqca insan bədənində serotonin azalır və melatonin artır. Yəni xoşbəxtlik duyğusu azaldıqca yuxululuq aktivləşir.

Psixoloq onu da vurğulayıb ki, bəzən insanlar özlərini sorğulayırlar. Misal üçün,- il bitir mən isə hələ istəyimə nail olmamışam və ya bir çox işi reallaşdıra bilməmişəm- kimi fikirlərlə motivasiyanın sıfırlanması baş verir. Payız depressiyası bizə yaxşı bir mesaj ver. Dayan, nəfəs al, tempini dəyiş, özünə bax!

Həmsöhbətimiz həmçinin bildirib ki, payız depressiyasından qurtulmaq  yolunda depressiyada olanlar üçün kiçik zövqlər siyahısı hazırlana bilər. Burada isti içkilər, gəzinti və ya kitab mütaliəsini qeyd edə bilərik. Bu kimi məqamlar insan beynini depressiyadan çıxara bilər.  Payız depressiyasını problem kimi deyil insanlar özləri ilə təmas dövrü kimi qəbul etməlidirlər. Təbiətdə ağaclar yarpaqlarını tökdüyü kimi insan da öz mənəvi yüklərindən qurtulmalıdır.

Bununla belə payız depressiyasına ciddi yanaşmaq lazımdır. Çünki burada bədən və zehin balans tələb edir.  Məsələyə həm elmi həm də emosional tərəfdən yanaşaq.  Çıxış yollarına baxaq. Əvvəlcə gün işığının bədənə nüfuz etməsinə çalışmalıyıq. Bacardıqca insanlar gün işığında gəzməlidirlər. Bu zaman həm də ünsiyyət vacibdir.

“Gəzintiləri məcburiyyət kimi deyil, yoqa, ritmik musiqi ilə rəqs etməklə həyata keçirmək olar. Payız depressiyasının səbəblərindən biri də əslində insan bədənində D vitaminin çatışmazlığından yaranır. Hətta ehtiyac olarsa bu məsələni farmakoloji yolla da həll etmək olar” , – deyə Nərmin Ağayeva qeyd edib.

Baş redaktor: Bünyamin Bünyadzadə

Respublikainfo.com 

XƏBƏR LENTİ

Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
35
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
96
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2
Cəmiyyət

Neftçalada hesabat yığıncağı keçirilib

30 Yanvar 2026
6

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.