• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
13 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Sağlamlıq

DİQQƏT! Bioenerji, şüuraltı seanslar və kouçinq barədə NİGAR BAYRAMOVA İLƏ MÜSAHİBƏ

20.09.2025 - 14:58
A A
0
SHARES
88
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Çağdaş dünyada təbii olaraq texnoloji və elmi inkişafdan asılı olaraq bir çox yeni terminlərlə rastlaşırıq. Belə ifadələrdən biri də kouçinq, həyat kouçu kimi sözlərdir. Həmçinin biz psixoloqlarla bərabər fərdi inkişaf mütəxəssisləri, bioenerji terapisti və şüuraltı terapiyalar icra edən şəxslərlə də bağlı məlumatlarla qarşılaşırıq. Beləliklə mövzumuz kouçinq, şüaraltı seanslar, bioenerji və bu sahə ilə bağlı digər məqamlardır.

Referans Medianın “SAĞLAM YAŞAM”  rubrikasının qonağı, bioenerji terapisti, şəxsi inkişaf mütəxəssisi, yaşam kouçu, Nigar Bayramovadır.

– Xoş gördük Nigar xanım! Əvvəla ondan başlayaq ki, kouçinq nədir? Həyat kouçunun missiyası nədən ibarətdir?

 – İlk olaraq onu qeyd edim ki, kouçinq sadəcə bir texnika deyil, eyni zamanda dərin bir ruh halıdır. Bəzən kouçinqi psixoterapiya ilə səhv salırlar və ya onu problemlərinin həll olunması üçün insanlara məsləhət verilən bir prosses olaraq düşünürlər. Halbuki, bu çox yanlış düşüncədir, çünki əslində, kouçinq insanlara qarşı çox fərqli bir yanaşma tərzidir. Bir kouçun məqsədi qarşısındakı insana məsləhət vermək və onu yönləndirmək yox, daxilində mövcud olan potensialını ona göstərmək və özünü tanıması yolunda, o, insana yol yoldaşlığı etməkdir. Yəni bir kouç məsləhət vermir, istiqamət vermir, sadəcə pasientin daxilindəki basdırdığı potensialını, gücünü oyadır. Bu texnikanın gedişatında kouç pasientə aynalıq edir, yəni ona özünün gerçək versiyasını göstərir. Bir kouçun missiyası pasientə hazır reseptlər vermək yox, öz həyatının hekayəsini yazması üçün ona dəstək olmaqdır. Çünki, hər bir insan daxilində möhtəşəm bir potensial və sonsuz gücdən ibarət olan bir xəzinə ilə yaradılmışdır və kouçinq prosesi o gizli xəzinəni aşkara çıxarmaqdan ibarətdir. Yumurta içəridən qırılarsa, yeni bir həyat başlayar. Bayırdan qırılarsa, bir həyat sonlanar. Və kouç məhz yumurtanı içəridən qıran o şəxsin özüdür!…  

– Bioenerji nədir? Kimlər bioenerji uzmanı hesab edilir?

  – Kainatda mövcud olan gözlə görünən və görünməyən hər bir şey enerjidən ibarətdir. Bədənimiz, duyğularımız, düşüncələrimiz, sözlərimiz, ətrafımıza baxdığımızda gördüyümüz hər bir şey enerjidir. İnsan olaraq bizlər təkcə maddədən (bədəndən) ibarət deyil, həm də enerji və informasiya sahəsiyik. Bioenerji isə, insanda mövcud olan bütün enerji axınlarının bütünlükdə idarə olunması və balanslanmasıdır. Və insan orqanizmində bu enerji balansı pozularsa, enerji axını boşuna gedərsə, insan fiziki olaraq tükənir, yorğun, halsız hiss edir özünü və son nəticə etibarilə də, baş verən bu balans pozğunluğu özünü enerji tıxanıqlığı və bədəndə müxtəlif fiziki xəstəliklər şəklində göstərir. Bioenerji uzmanı isə, bu enerjini hiss edə bilən, onu analiz edib balanslaşdırma qabiliyyətinə malik olan şəxsdir. Amma burada önəmli bir məqam var: bioenerji ilə işləmək üçün təkcə texniki bilik kifayət deyil, həm də daxili təmizlik, niyyətin saflığı və insana sevgi ilə yanaşmaq lazımdır. Və bu seansları düzgün icra edən bioenerji uzmanı nəinki insan bədəninin və ruhunun enerjisini bərpa edir, eyni zamanda, insana öz daxili işığını görməsində və həyatında irəliləməsində vasitəçilik edir.  


 – Şüuraltı terapiya nə deməkdir?

  – İnsan həyatının 90%-dən çoxu şüuraltı proqramların təsiri altındadır. Və təəssüf ki, bizi idarə edən daha çox duyğularımız, keçirdiyimiz hislərimiz və beynimizə istəməyərəkdən kodladığımız inanc və proqramlarımızdır. Yəni, biz hər nə qədər “mən belə yaşamaq istəyirəm” desək də, əgər şüuraltımızda əks inanc və ya proqram və bunların yaranmasına səbəb olan hansısa travma varsa, həyatımızda istədiyimizi yarada bilmirik. Şüuraltı terapiya – bu dərin kodlarla işləməkdir və beynimizdə, ruh yaddaşımızda, DNT molekullarımızda yerləşmiş o kodları dəyişdirib, dönüşdürməkdir. Uşaqlıq travmalarımız, valideynlərimizdən, cəmiyyətdən bizə keçən yanlış inanclar, qorxular və emosional blokajlar şüuraltımızda toplanır və biz fərqinə varmadan onları həyatımızda qısır döngü şəklində təkrar-təkrar yaşayırıq. Şüuraltı terapiyalar zamanı məqsəd də məhz bu köhnə proqramları ortaya çıxarmaq, onları neytrallaşdırmaq və yeniləri ilə əvəz etməkdir.  

– Şüuraltı seansların faydası nədir? Bu terapiyalar necə gerçəkləşdirilir?

– Şüuraltı seansların ən böyük faydası – insanın öz gücünə qayıtması və daxilindəki gerçək potensialını aşkara çıxarmasıdır. Çünki bizdə çox vaxt “mən bacarmaram”, “mən dəyərsizəm”, “mənim üçün xoşbəxtlik yoxdur” ,”hər işim daşdan çıxır” kimi yanlış inanclar var. Seanslar zamanı bu blokajlar, neqativ inanclar aşkara çıxarılır və onların yerinə insanın həyatını dəstəkləyən yeni proqramlar, yeni pozitiv hislər, duyğular yerləşdirilir. Bu proses əsasən meditasiya, vizualizasiya, nəfəs texnikaları və xüsusi yönləndirici kouçinq sualları ilə aparılır. İnsan tam rahat bir vəziyyətə gətirilərək, beyin teta dalğasına salınır və bu yolla da şüuraltı ilə əlaqə qurulur. Hər seansdan sonra insan sanki yüngülləşir, həyatında yeni bir nəfəs açılır. Ən maraqlısı budur ki, şüuraltı seansların nəticəsi bəzən dərhal özünü göstərir, bəzən isə insanın gündəlik həyatına tədricən inteqrasiya olunur. Amma nəticə hər zaman mütləq olur və şüuraltını dəyişdirdikdə, insanın həyatında da böyük dəyişim- dönüşümlər başlayır.

 – Cəmiyyətə ötürmək istədiyiniz və xüsusilə də mənəvi depressiyada olan şəxslərə bir mesajınız varmı?

– Təbii ki, var… -Heç bir zaman tək olmadıqlarını anlasınlar. Və hər zaman düşünsünlər ki, həyat hər kəs üçün fərqli və çətin sınaqlarla doludur. Hər birimiz həyatımız boyunca, fərqli-fərqli dərslərlə üzləşirik və sınanırıq. Amma bu sınaqlar bizi sındırmaq üçün yox, gücləndirmək və kamilləşdirmək üçün gəlirlər bizə… Depressiyada olan insanlara demək istəyirəm ki, özünüzə qarşı mərhəmətli olun. Bəzən insanlar çətin dövrdə “mən zəifəm” deyə düşünürlər, halbuki, bu zəiflik deyil – normal insani bir haldır. Bu halımızı da sevgi və anlayışla qarşılamalıyıq… Qaranlıq tərəflərimizi görüb, onları da qucaqlamağı bacarmalıyıq. Heç bir qaranlıq əbədi deyil. Əmin olun ki, qaranlıq varsa əgər, mütləq ki, işıq da var… Unutmayaq ki, bizim içimizdə möhtəşəm bir işıq var və o işığı heç bir fırtına , heç bir güc söndürə bilməz. Sadəcə olaraq, bəzən o işığı yenidən görməmiz üçün müəyyən bir dəstəyə, istiqamətə və sevgiyə ehtiyac duyuruq…

 – Həyat kouçu peşəsi ilə bağlı gələcək planlarınız barədə nə deyə bilərsiniz?

– Mənim üçün kouçinq sadəcə bir peşə deyil, həyat tərzidir. Məhz buna görə də, 6 ildir ki, bu işin içərisində olmağıma baxmayaraq, hələ də daima öyrənməyə, özümü daha da inkişaf etdirməyə və yeni təcrübələr toplamağa davam edirəm. Gələcək planlarım arasında daha çox insanın həyatına gözəl toxunuşlar etmək, qrup seansları, təlimlər və böyük seminarlar təşkil etmək var təbii ki… Və daha böyük auditoriyaya öz biliklərimi çatdırmaq və daha çox insana qatqı olmaq üçün başqa bir planım da var ki, bu da hələlik sirr olaraq qalsın istəyirəm. İnşAllah ki, Rəbbimin izni ilə reallaşsın, onun da şahidi olacaqsınız…

Təbii ki, televiziya çıxışları və sosial media vasitəsilə də insanlara faydalı olmağa davam edirəm. Amma ən böyük məqsədim – cəmiyyətimizdə şüurlu fərdlərin sayının artmasına vasitəçilik etməyimdir. Çünki, hər bir insan özünü dəyişdikcə, bütöv bir cəmiyyət də dəyişilir. Niyyətim – daha balanslı, mehriban və sevgi dolu bir dünyada yaşamaqdır. Və bu dəyişikliyin hər bir insanın özündən başladığını göstərməkdir. İnsanların bunu idrak etdiklərində isə, dünyamızın daha gözəl bir məkana çevriləcəyinə inanıram…  

Söhbətləşdi Respublikainfo.com Medianın baş redaktoru:  Bünyamin Bünyadzadə

 

XƏBƏR LENTİ

Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
36
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
96
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2
Cəmiyyət

Neftçalada hesabat yığıncağı keçirilib

30 Yanvar 2026
6

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.