Milli Məclisin deputatı Jalə Əhmədova Beynəlxalq Muğam Mərkəzində
qan donorlarına həsr olunmuş “Mənim Qəhrəmanım” adlı konsert proqramında qonaq qismində iştirak edib.
Respublikainfo.com xəbər verir ki, bu barədə deputatın sosial şəbəkə hesabında məlumat verilib. Deputat həmçinin bildirib ki, AQTİM-in təşkilatçılığı, Azərbaycan Milli Olimpiya Komitəsinin, həmin komitənin “Ədalətli oyunlar” komissiyasının, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB), Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının və Talassemiya Mərkəzinin rəsmi tərəfdaşlığı, Beynəlxalq Muğam Mərkəzinin və inclusiveorganizationteam dəstəyi ilə baş tutan tədbirdə dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, ictimaiyyət və mətbuat nümayəndələri iştirak edirdi.
Tədbirdə çıxış edərək Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində həyata keçirilən qanvermə aksiyalarının mühüm əhəmiyyət daşımasından danışdım. Bu sahədə görülən işlərə görə Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Leyla Əliyevaya borclu olduğumuzu qeyd etdim. Ümumi qan xəstəliyindən əziyyət çəkən uşaqları, autizm və Daun sindromlu yeniyetmə və gəncləri daim diqqət mərkəzində saxlayan Mehriban xanıma və Leyla xanıma dərin təşəkkürlərimi ifadə etdim.
Baş redaktor Bünyamin Bünyadzadə
Respublikainfo.com