Bu günlərdə Daşkəsən rayon İcra Hakimiyyətində Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Daşkəsən rayon şöbəsinin sədri Seymur Nağıyevlə görüş keçirilib. Görüşdə Daşkəsən rayon İcra Hakimiyyətinin rəsmi şəxsləri Seymur Tağıyevə fəaliyyətində uğurlar arzulayıblar. Biz də Respublikainfo.com Media Qrupu adından Seymur bəyə gələcək fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzu edirik.
Bir müddət əvvəl də Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, Nəsimi və Binəqədi rayon şöbələrinin sədrləri polkovnik Elmar Hüseynov, Mərdan Ələsgərov 21 avqust 2023-cü il tarixində Daşkəsən rayonunda səfərdə olublar. Onlar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Kollektiv foto çəkdiriblər. Sonra Veteranlar Daşkəsən rayon İcra Hakimiyyətində görüş keçiriblər. Görüşdə Daşkəsən rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsini İcra edən Vüqar Məmmədov, Daşkəsən rayonu İcra Hakimiyyətinin baş məsləhətçisi Malik Ələsgərov, AVMVİB-nin sədri Füzuli Rzaquliyev, Nəsimi, Binəqədi rayon şöbələrinin sədrləri Elmar Hüseynov, Mərdan Ələsgərov, Daşkəsən rayon şöbəsinin sədr müavini Seymur Tağıyev iştirak ediblər.
AVMVİB-nin sədri Füzuli Rzaquliyev və Vüqar Məmmədov veteranların fəaliyyəti, Şəhid ailələri, Qazilər, Veteranlar haqqında fikir mübadiləsi aparılıbdır. Sonra qonaqlar Şəhid gizir Orxan Cəfərlinin evində görüş keçiriblər. AVMVİB -nin sədri Füzuli Rzaquliyev şəhidin ailəsinə böyük hörmət və ehtiramını bildirib və AVMVİB-nin təsis etdiyi «Böyük Zəfər» medalını Şəhid gizir Orxan Cəfərlinin atası Etibar, anası Zəriş Cəfərliyə təqdim edib. Qonaqlar Daşkəsən şəhərində yerləşən Şəhidlər Xiyabanını da ziyarət ediblər. Şəhidlərin ruhuna dualar oxunub, xatirə şəkilləri çəkilib.
Baş redaktor: Bünyamin Kazımzadə
Respublikainfo.com