• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
13 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Analitika

Dərsimiz Türkçülük və Demokratiya…

08.07.2024 - 17:30
A A
0
SHARES
10
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Respublikainfo.com DƏYƏRLİ SİYASƏT ADAMI, TÜRK DÜNYASINI BÜTÜN VARLIĞI İLƏ SEVƏN ANAR ƏSƏDLİNİN YAZISINI TƏQDİM EDİR:

Dərsimiz Türkçülük və Demokratiya…

Ölkəsində demokratik sistemə keçidi təmin edə bilməyən siyasi aktivistlər Turana hücuma keçiblər. Turana romantizmin qalığı kimi baxan bu siyasətdən xəbərsizlər anlamırlar ki, və ya anlamaq istəmirlər ki,

Turan etniküstü hərbi, siyasi, iqtisadi dövlətlər birliyidir!

Onlar demokrat deyillər, hətta Turanı “talan edərlər”, – deyə etiraz edənlər var.

Cavabım:
Hər hansı Türk dövlətinin korrupsiya və rüşvətə bulaşmış başçısı Turan olmadan da dövlətini talan etmirmi?
Seçkini saxtalaşdırmırmı?
İnsan haqlarını pozmurmu?

Bu səbəbdən də həmin dövlətlərin vətəndaşları öz ölkələrində demokratik sistem qurmaq niyyətindədirlərsə, bunun Turana nə dəxli?
Ora daxil olan dövlətlərin demokratikləşmə prosesi həmin ölkələrin daxili işidir.

Məsələləri qarışdırmayın.

Bir məsələyə isə xüsusi diqqət edək: Bu gün Turanın yaranmasında iştirak edən siyasi liderlərin heç biri milliyyətçi cinahın nümayəndəsi deyil.

Yəni, xanımlar və cənablar! Turan artıq bir ideologiya deyil, həm də zamanın labüd etdiyi siyasi prosesdir bunu qəbul edin.

Necə ki, millətçi cinahda olmayanlar bu gün TURANI qururlar. Yəni, bu dövlətlərdə dövlət başçısının dəyişməsi Turana gedən yolları qapatmayacaq.

O ki, qaldı demokratiyaya…

Xalqlar tez ya gec mütləq demokratiyanı seçir. Dünyada gedən proseslər göstərir ki, demokratiya dalğasının gec gəlməsi var, amma heç gəlməməsi yoxdur.

Demokratiyanı, demokratik cəmiyyəti isə hər xalq özü qurmalıdır, cəmiyyət özünə və öz gücünə inanmalıdır. Demokratikləşmə hər bir təbəqənin içindən keçərək cəmiyyətdə yer almalıdır.
Bunun üçün isə ilk növbədə ölkənin gəncləri milli ideoloji ruhda siyasi tərbiyə almalıdırlar. Məhz bu səbəbdən də cəmiyyətdə hər zaman milli ideologiya aparıcı olmalıdır.

Statuslarınızdakı Türk milliyətçiliyinə, Turana qarşı ironiya, ələ salmaq, nifrət qusmaqla gəncliyə doğru yön göstərməniz mümkün deyil.

Müasirləşməklə milli kimliyin qorunmasının bir arada olması – demokratiya və milli azadlıqdır. Bir millətin var olması üçün hər iki fikrin bir arada gerçəkləşməsi labüddür.

Millət sevdası olmayan yerdə azadlıq və demokratiya fikri də irreal görünür.

Əziz gənclər,
Ərdəbillərin ləhcəsiylə desək, hər gün çoxalan, planı artıqlaması ilə yerinə yetirən qabaqcıl “pəlitolox”-ları və özünü “siyasətçi” hesab edənləri ciddiyə almayın.

Bunlar o qədər dayaz adamlardılar ki, başa düşmürlər ki, Postsovet ölkələrində demokratik islahatlar ona görə gec getdi ki, burada xalqlar həm Rusiyanın imperialist caynağından qurtarmağa, həm də demokratik islahatlar aparmağa çalışırdılar. Proses həm ağır, həm qanlı keçdi.

Milli ideologiyasız isə demokratiya savaşı aparmaq mümkün deyil, olsa belə qalıcı deyil.

Milli ideologiyamız Türkçülükdür!

Millətimizin özünü idarə etməsinin ən doğru yolu isə DEMOKRATİYADIR!

Demokratik dəyərləri prinsip kimi mənimsəyən bir milliyətçilik istənilən dövləti inkişaf etdirər.
Hüqüqun üstünlüyünü təmin edən, etnik xəstəliklərin öhdəsindən gələn, ictimai tələbləri qarşılayan, bütün bəşəri dəyərlərə sayğı göstərən və ona uyğun davranan bir milli-demokratik dövlət qurmaq türk milliyətçilərinin ən ideal istəkləridir!

Turana, Türk dünyasına nifrət qusmaq isə elə demokratiyaya nifrət etməkdir.

Demokratiya mücadiləsində millətin kimliyini sorğulamaq travma göstəricisidir və aşağılıq bir yanaşmadır.

Uzun illər Rusların və Farsların Türkçülüyə qarşı apardığı təbliğat və Türkçüləri planlı şəkildə məhv etmələrinin əsas qayəsi azad və demokratik Cümhuriyyətlərin bu torpaqlarda qurulmaması üçün olub.

O ki, qaldı Qərbdən gözlənilən dəstəyə bu məsələdə vəziyyət o qədər acınacaqlıdır ki, illərdir sadəlövhcəsinə zənbildə demokratiya gözləyənlərin cahilliyinə üzülmək də bir ayrı dərdə çevrilib.

Bəli biz Qərbin siyasi mədəniyyətindən, seçki və insan haqları instutlarından çox şey öyrənməliyik. Amma demokratiyaya keçidi özümüz həyata keçirməliyik və anlamalıyıq ki, Milli şüur olmadan demokratik hərəkat məğlubiyyətə məhkümdür!

 

Baş redaktor: Bünyamin Bünyadzadə 

RESPUBLİKAİNFO.COM

XƏBƏR LENTİ

Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
35
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
96
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2
Cəmiyyət

Neftçalada hesabat yığıncağı keçirilib

30 Yanvar 2026
6

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.