Son illər beynəlxalq arenada ölkəmizə qarşı olan münasibətin müsbət istiqamətdə xeyli dəyişdiyinin şahidi oluruq. Heç şübhəsiz Azərbaycanın xüsusilə son dörd il ərzində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi tarixi nailiyyətlər, mənfur düşmən üzərində qazanılmış böyük Zəfər, eləcə də ölkəmizin qərbin, əsas da Avropa İttifaqının əsas enerji təchizatçılarından birinə çevrilməsi hazırıkı münasibəti şərtləndirib.
Son illər Azərbaycanın eyni zamanda yaşıl enerji istehsalını əsaslı surətdə təşviq etməsi, zəngin bərpaolunan ehtiyatlardan səmərəli istifadə etmək məqsədilə dünyanın nüfuzlu şirkətləri ilə əməkdaşlıq siyasəti qeyd edilən məsələlərə böyük ölçüdə öz təsirini göstərməkdədir. Bildiyimiz kimi ölkəmiz bu il tarixinin ən böyük beynəlxalq tədbirini keçirməyə hazırlaşır.
Paytaxtımız Bakının COP29-a ev sahibliyi etməklə bağlı ötən ilin sonunda namizədliyinin birmənalı şəkildə dəstəklənməsi beynəlxalq arenada Azərbaycana göstərilmiş növbəti böyük etimaddır. İştirakçı sayına və miqyasına görə COP29 Azərbaycanın ev sahibliyi edəcəyi ən böyuk tədbirdir.
Qeyd edək ki, tədbir Bakı Olimpiya stadionunda keçriləcək. COP29-un Azərbaycanda keçrilməsi ölkəmizin milli və beynəlxalq səviyyədə apardığı siyasətə o cümlədən İqlim Deyişiklikləri probleminin həllinə töhvə vermək səylərinə dünya ictimaiyyətinin etimadının təzahürüdür. Bildiyimiz kimi COP- dünyada qlobal iqlim problemlərinə diqqət çəkən ən əsas və mühüm platformadır. 1995-ci ildən başlayaraq dunyanın bir nömrəli problemi olan iqlim dəyişmələrinin qarşısını almaq üçün dünya liderləri məhz bu platformada bir araya gəlir, iqlim dəyişkliyi ilə mübarizədə ən vacib qərarlar da məhz COP çərçivəsində verilir.
Əlbəttə ki, hər bir beynəlxalq tədbirin ən yüksək səviyyədə təşkil edilməsi ölkəmizin nüfuzunu daha da artırır. Şübhə yoxdur ki, bütün mötəbər tədbirlərə olduğu kimi ölkəmiz COP29-a da layiqincə ev sahibliyi edəcəkdir. Bu günlərdə Almaniyaya işgüzar səfər edən ölkə başçısı cənab İlham Əliyev Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak və çıxış edərək COP29-la bağlı hazırlıq prosesi barədə görüş iştirakmılarını məlumatlandı. Cənab Prezident diqqətə çatdırdı ki, COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan qlobal tədbirə hazırlığın fəal mərhələsindədir. Bu gün dünyanın ən mötəbər tədbirlərindən birinin, məhz hazırkı vəziyyətdə ölkəmizdə keçirilməsi Azərbaycanın qazandığı uğurların bariz göstəricisidir.
Şəbnəm Səlimova;
Neftçala rayonu, mədəniyyət işçisi