Azərbaycan hər zaman öz imkanlarını bütün dünya birliyinin rifahına xidmət edə biləcək məqsədlərə nail olmaq üçün təqdim etməyə hazır olduğunu nümayiş etdirirb.
Son illər ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlərə ən mükəmməl, hər zaman xatırlanacaq səviyyədə ev sahibliyi etməsi artıq bir ənənə halını alıb. Bildiyimiz kimi Azərbaycan bu il də dünyanın ən nüfuzlu, miqyasına və iştirakçıların sayına görə ilk ikilikdə olan bir tədbirə ev sahibliyi etməyə hazırlaşır. Olduqca aktual, qlobal
problemlərin həllinə həsr olunmuş COP-29-un bu il ölkəmizdə keçirilməsi barədə verilmiş yekdil qərar Azrbaycanın qazandığı nüfuzdan, beynəlxalq birliyin ölkəmizə verdiyi dəyərdən xəbər verir.
COP-29 qlobal iqlim dəyişikliyi ilə bağlı əslində bəşəriyyətin gələcəyini təmin edəcək qədər vacib və aktual tədbirdir. Bu günlərdə Ölkə başçısı cənab İlham Əliyev dünyanın nüfuzlu “Euronews” telekanalına verdiyi müsahibəsində bir çox vacib məqamlarla yanaşı bu tədbirin keçirilməsinə də xüsusi diqqət çəkdi. Qeyd edək ki, cənab Prezident dəfələrlə öz çıxışlarında vurğulamışdır ki, əsas məsələ tədbirin necə keçiriləcəyində yox, burada hansı nəticələrin əldə ediləcəyindədir. Bəli, məhz bu fikir onu nümayiş etdirir ki, Azərbaycanın iqlim dəyişmələri ilə beynəlxalq mübarizədə yeri haradadır.
Bizlər hər birimiz inanırıq ki, COP zamanı Azərbaycana gələn bütün qonaqlar özlərini çox rahat hiss edəcəklər. Əminliklə deyə bilərik ki, beynəlxalq təşkilatlarla işləmək təcrübəsi olan ölkəmiz tədbirin ən yüksək səviyyədə təşkil edilməsi üçün bütün imkanları səfərbər edəcəkdir. Qeyd etməliyik ki, Azərbaycan hər zaman öz imkanlarını bütün dünya birliyinin rifahına xidmət edə biləcək məqsədlərə nail olmaq üçün təqdim etməyə hazır olduğunu nümayiş etdirirb. Əminliklə deyə bilərik ki, ölkəmiz tarixinin ən genişmiqyaslı, nüfuzlu, mötəbər tədbirinə yüksək səviyyədə ev sahibliyi edəcək, çünki bunun üçün Azərbaycanın, həm böyük resursları, həm də böyük siyasi iradə və qətiyyətə malik Lideri var!.
Rəna Baxşıyeva;
Neftçala rayonu, müəllim