• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
10 Mart, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Cəmiyyət

Coca-Cola “HORECA Collection” layihəsinin hesabatını təqdim edib

04.04.2024 - 13:46
A A
0
SHARES
5
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Coca-Cola Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “EcoHub” ekoloji platforması ilə birgə həyata keçirdiyi “HORECA Collection” ekoloji layihəsinin hesabatını təqdim edib.

30 Mart Beynəlxalq Sıfır Tullantı Günündə təqdim edilən hesabatda bildirilir ki, Coca-Cola-nın “Tullantısız Dünya” proqramının tərkibində icra olunan layihə HORECA (hotel, restoran, kafe) üzrə fəaliyyət göstərən müəssisələrdən plastik tullantıların toplanaraq təkrar emal edilməsini həyata keçirir. Layihənin icra olunmasında məqsəd təkrar emalı təşviq etməkdir.

Hazırda fəaliyyətini davam etdirən layihə çərçivəsində ümumilikdə 111.725,50 kq (~111 ton), təkcə 2023-cü il ərzində isə 66.207,30 (~66 ton) tullantı toplanılıb.

Coca Cola şirkətinin Avrasiya regionu üzrə İctimaiyyətlə Əlaqələr direktoru Elşad Fərzəliyev bildirib ki, Coca-Cola Dayanıqlı İnkişaf Strategiyasına uyğun olaraq plastik tullantıların təkrar emalına yönələn layihələr həyata keçirir: “Coca-Cola dünyada tullantıların azaldılması üçün həm dövlət qurumları, həm biznes sektoru, həm də ekoloji təşkilatlarla sıx əməkdaşlıq edir. Bu layihə Coca-Cola-nın Azərbaycanda ekoloji istiqamətdə həyata keçirdiyi uzun müddətli layihələrdəndir. Layihə artıq 3-cü ildir ki, icra olunur və Azərbaycanda plastik tullantıların təkrar emalı işinə öz töhfəsini verir. Əminəm ki, bu il də layihə öz uğurlu nəticələri ilə faydalı olacaq”.

Qeyd edək ki, “Tullantısız Dünya” proqramı çərçivəsində Coca-Cola 2030-cu ilə qədər bazara çıxardığı bütün qablaşdırmaları toplayıb təkrar emal etməyi hədəfləyir.

Xatırladaq ki, Türkiyənin Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında irəli sürdüyü “Sıfır Tullantı” qətnaməsinin qəbul edilməsi ilə hər il 30 Mart tarixi Beynəlxalq Sıfır Tullantı Günü kimi qeyd edilir. Təsis edilən gün tullantı probleminə diqqət çəkərək təkrar emal vasitəsilə gələcək nəsillərə təmiz və yaşamaq üçün əlverişli planet miras qoymağı hədəfləyir.

XƏBƏR LENTİ

Cəmiyyət

Gənclər Mərkəzi Qəbələ rayonunda tədbir keçirdi – FOTOLAR

18 Fevral 2026
8
Cəmiyyət

Tanınmış politoloqa vəzifə verildi – YENİ TƏYİNAT

16 Fevral 2026
9
Mədəniyyət

Gəncə Dövlət Milli Dram Teatrına direktor TƏYİN EDİLİB

14 Fevral 2026
29
Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
41
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
115
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.