• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
16 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Cəmiyyət

“Cənab Ali Baş Komandan” tarixi əsərinə musiqi bəstələndi – VİDEO

18.02.2024 - 23:34
A A
0
SHARES
13
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Azərbaycan Yazıçılar Birliyinin (AYB), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (AJB) müstəqil araşdırmaçı jurnalist, yazıçı, publisist Aydın Tağıyevin müəllifi olduğu “Cənab Ali Baş Komandan” tarixi əsərinə musiqi bəstələnib.

Respublikainfo.com xəbər verir ki, eyni zamanda, musiqi əsərinin ideya müəllifi, sözləri, rejissoru və ssenarisi Aydın Tağıyevə məxsus klip də ərsəyə gətirilib.
Bu əsərin ərsəyə gəlməsində, ekran işinin bəstəkarı və musiqi prodüserliyi Camal Qurbanova məxsusdur.

Musiqi əsəri Xalq artistləri Alim Qasımov, İlqar Muradov, balaban ustası Əlixan Səmədov, qarmon ustası Ənvər Sadıqov, Natiq Şirinovun rəhbərliyi ilə Ritm qrupu, əməkdar artistlər Lalə Məmmədova, tarda Şəhriyar İmanov, kamançada Toğrul Əsədullayev, tanınmış gənc müğənnilər Çinarə Məlikzadə və Rəsul Əfəndiyev tərəfindən ifa edilib.

Qeyd edək ki, bəstənin səs rejissoru (mix/mastering) Toufan Mehri, videoredaktor Elcan Məmmədli, mətn redaktorları Günel Şəmilzadə və Afaq Rza, korrektorlar Toğrul Abdullayev, Aişə Baxışıyeva, çəkiliş Ramal Nəsibli, işıq texniki Azad Qasımzadədir.

Xatırladaq ki, yazıçı Aydın Tağıyev “İlk Zəfər marşı” və “Vətən Marşı”nın müəllifidir Müəllifin Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Fədakarlar bir amalın uğrunda” və “Böyük zəfərin 101 şəhidi” kitabları işıq üzü görüb. On ildən çoxdur ki, Azərbaycan həqiqqətlərinə dair məqalələri 10 dildə dünya mətbuatında yayımlanır. “Qızıl medal” mükafatçısıdır, “Qarabağ həqiqətləri 1992-2020” layihəsi və hazırda davam edən “Vətən” layihəsinin rəhbəridir. Paralel olaraq, “ANmedia.az” informasiya portalı, “Əsrin aydınları” jurnalı və “Əsrin Aydınları” mükafatının həmtəsisçisidir.

Tarixi əsərin gənc bəstəkarı, musiqi prodüseri, pianoçu Camal Qurbanov, AzTV-nin Qızıl Fonduna salınan ilk “Zəfər Marşı” və “Vətən Marşının” bəstəkarı, 2023-cü ildə Azərbaycanda keçirilən “Formula1” yarışının musiqi rəhbəri, 100 dən çox musiqi əsərinin müəllifi, “KingStar” Productionun rəhbəridir. O, “Avropa İttifaqı Ölkələrinin Fəxri Bəstəkarı” sertifikatı ilə təltif olunub. Azərbaycan musiqi mədəniyyətinin inkişafı naminə çalışan gənc bəstəkar, “Musiqi Label”ində ölkəmizin tanınmış ifaçıları ilə birgə iş birliyi görür və dünyanın bir çox tanınmış musiqiçiləri ilə də əməkdaşlıq edir. Azərbaycan musiqi tarixində ilk “Zəfər Marşı” və “Cənab Ali Baş Komandan tarixi əsəri”nin bəstəkarıdır. Hazırda gələcək konserti üçün solo proyektlərinin üzərində çalışır.

“Cənab Ali Baş Komandan tarixi əsəri”nin sözlərini təqdim edirik:

Bu gün bizi xoş sabaha daşıyan
Ərənləri zəfərlərdən danışan
Qəlbi millətlə yaşayan,
Dünyaya türkün gücün aşılayan
Xalqın tarixi qəhrəmanı
Bu günü, sabahı, hər anı,
Qalib, müzəffər Ali Baş Komandanı!
Bu qələbə öndərin vəsiyyəti!
Övlada nəsiyyəti!
Qalibik daha, komandan!
Məğruruq daha, komandan!
Kömək oldu yaradan!
Qurtulduq o yaradan!
Millətinə zəfərləri yaşadan
Sizinləyik hər an
Qalib, müzəffər Ali baş Komandan!
Zəfəri dadan xalqın inamı,
Əbədidir İlhamı!
Bu tarixə imzanı
Çəkəcəkdir bir hamı!
Millətinə zəfərləri yaşadan
Sizinləyik hər an
Qalib, müzəffər Ali baş Komandan!

Respublikainfo.com Media Qrupun baş redaktoru: Bünyamin Bünyadzadə 

 

XƏBƏR LENTİ

Mədəniyyət

Gəncə Dövlət Milli Dram Teatrına direktor TƏYİN EDİLİB

14 Fevral 2026
23
Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
36
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
98
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.