• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
08 Mart, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Siyasət

Bu gün əksər sağlam siyasi qüvvələrin iştirak etdiyi Milli Məclis Azərbaycanın ictimai-siyasi həyatında önəmli yer tutur

12.03.2024 - 7:51
A A
0
SHARES
14
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 10 mart 2020-ci il tarixində baş tutmuş VI çağırış Milli Məclisin ilk iclasındakı çıxışı proqram xarakterli olmaqla, Ölkəmizin qarşısında duran əsas prioritet vəzifələrin elan edilməsi baxımından çox böyük önəm kəsb edirdi.
Ölkə başçısı hələ dörd il əvvəl həmin nitqində aparılan islahatlar barədə məlumat vermiş, gələcək prespektivlər barədə konkret fikirlər səsləndirmişdir. Dərin məzmunlu çıxışında Ölkəmizdə aparılan islahatların həm konseptual, həm də struktur xarakterli olduğunu bildirən cənab İlham Əliyev dövlət idarəetməsinin müasir tələblərə cavab verən səviyyədə yenidən formalaşdırılması istiqamətində köklü islahatların aparıldığını vurğulamışdır. Xüsusi vurğulanmalıdır ki, VI  çağırış Milli Məclis çoxpartiyalı məclisdir. Bu gün siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin xüsusi rolu vardır. Əksər sağlam siyasi qüvvələrin iştirak etdiyi Milli Məclis Azərbaycanın ictimai-siyasi həyatında önəmli yer tutur.

Qeyd edək ki, həmin seçkilərdə özünü “müxalifət” adlandıran marginal qruplaşmadan başqa cəmiyyət həyatında iştirak edən bütün siyasi qüvvələr iştirak etmişdir. Azərbaycan cəmiyyəti həmin dırnaqarası toplumla bağlı öz qərarını isə artıq çoxdan verib. Qədirbilən xalqımız həmin rüsvayçı qruplaşmanı tarixin zibilliyinə göndərməklə, onlara əsl yerlərini göstərib. Əlbəttə ki, onların təkrar siyasi səhnəyə qayıtmaları mümkünsüzdür. Bu gün Ölkəmizin siyasi həyatında əhəmiyyətli rol oynayan qanunverici qurumumuz qəbul etdiyi qərarlarla xalqımızın, dövlətimizin inkişafına xidmət edir. Yarandığı 30 ildən artıq müddətdə xalqın partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyasının Milli Məclisdəki yerlərin əksəriyyətini qazanması təbiidir. Bu fakt da özlüyündə hakim Partiyanın Milli Məclisdəki sözünün və səsinin kifayət qədər təsirli olmasına zəmin yaradıb. Hərçənd ki, əvvəlki çağırış parlamentlərin, onun komitələrinin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Lakin bu gün Parlament və Komitə rəhbərliklərində müxalif partiya nümayəndələrinin təmsil olunmaları müsbət və təqdirəlayiq haldır. Yuxarıda qeyd etdiklərimizin daha bir bariz sübutu isə dövlətimizin cəmiyyət həyatında iştirak edən bütün siyasi partiyalarla dialoq qurmaqda maraqlı olmasıdır.

Ötən dövr ərzində Prezident Administrasiyası rəhbərliyinin siyasi partiya rəhbərləri ilə görüşləri dövlətin fundamental əsaslarının möhkəmləndirilməsi məsələsində cəmiyyətin iştirakçılığını təmin etmək məqsədi daşıyır. Cəmiyyət institutlarının təklif və tövsiyələrinin dinlənilməsi, bunun üçün şərait yaradılması Azərbaycan Respublikasının demokratik inkişafının təzahürüdür.

Anar Güllərli
Neftçala rayon gənci

XƏBƏR LENTİ

Cəmiyyət

Gənclər Mərkəzi Qəbələ rayonunda tədbir keçirdi – FOTOLAR

18 Fevral 2026
8
Cəmiyyət

Tanınmış politoloqa vəzifə verildi – YENİ TƏYİNAT

16 Fevral 2026
9
Mədəniyyət

Gəncə Dövlət Milli Dram Teatrına direktor TƏYİN EDİLİB

14 Fevral 2026
29
Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
41
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
115
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.