Uzun illərdir biz yazanda ki, İran və Rusiyadan bizə heç vaxt dost olmayacaq, xüsusən İran daim bizim bir dövlət olaraq yox olmamız üçün hər şey etməyə hazırdır, bu baxımdan bəzi ideoloji, siyasi tədbirlər almaq lazımdır ki, əhali arasında lazımı səviyyədə propoqanda aparmağa və bu kimi neqativ halların qarşısını almağa imkanımız olsun hakimiyyətin siyasi qoluna rəhbərlik edənlər eşitməzdən gəldilər.
Əksinə “İpli Kukla” olmayan hər kəsə savaş açdılar.
Ölkədə siyasi institutların iflic vəziyyətdə olması onunla nəticələndi ki, bu gün Rusiya və İran kimi dost olmayan dövlətlər burada Azərbaycana qarşı özlərinin xain planlarını ideoloji pərdə adı altında həyata keçirmək üçün yüzlərlə adam yetişdirdilər.
Çünki İran öz daxilində türklərə hər an partlayan bomba kimi baxır. O üzdən də fürsət düşən kimi hər cür düşmənliyini edir.
Heç sirr deyil ki, bütün dini terrorçu təşkilatların yaranmasında İran ya birbaşa, ya dolayısı ilə iştirak edib.
Bakıdakı Rusiya Mədəniyyət Mərkəzi haqqında bəlkə 50 dəfə yazmışam, efirlərdə danışmışam. “Rus Evi”- nin mənəvi terror yuvası olduğun vurğulayırdım.
Siyasət bilməməkdə suçlandıq, qonşularımızla olan münasibətə zərər vurursunuz dedilər. Amma bugünki nəticələr tam tərsini göstərir.
Nə isə, sözüm insanlarımızadır.
Bu xarici təhdidləri birdəfəlik zərərsizləşdirmək üçün xalqımızda siyasi aktivlik və demokratik cəmiyyət qurmaq istəyi və həvəsi olmalıdır.
Siyasətlə maraqlanın ki, millət, xalq olaraq güclü olaq.
ANAR ƏSƏDLİ