Bu günlərdə Konstitusiya Məhkəməsinin sədri, Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib ki, Qərarda deyilir ki, Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246-cı və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.
Bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələrin həllinə necə təsir edəcək? Vərəsəlik haqqındakı bu mühüm Qərarın vətəndaşların üçün faydası nə ola bilər?
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil Tural Həsənli Respublikainfo.com saytına açıqlamasında bildirib ki, vərəsəliklə bağlı qanunvericilikdə vətəndaşların narazı qaldığı məqamlar var. Bəzən vətəndaşlar öz hüquqlarından xəbərsiz olduqları üçün problemlərlə üzləşməli olurlar. Misal üçün vətəndaş nə zamansa əmlakdan imtina edir və müəyyən müddətdən sonra miras tələb edəndə isə rəsmi imtinası geri götürülmür. Vətəndaş nə qədər iddia qaldırsa da heç bir əhəmiyyəti olmur.
“İstənilən halda mən bu qanunla bağlı dəyişiklərin əhali üçün faydalı olacağına inanıram. Çünki bir çox qanunlarda müəyyən boşluqlar hələ də qalmaqda davam edir. Düşünürəm ki, təkcə vərəsəliklə bağlı deyil, ümumilikdə bir çox qanunlarla bağlı təkmilləşdirilməyə və dəyişikliklərə ciddi ehtiyac var”-deyə Tural Həsənli vurğulayıb.
Baş redaktor: Bünyamin Bünyadzadə
Respublikainfo.com