Bu günlərdə Azərbaycanda internetin sürətinin azalması müşahidə olunması ilə bağlı “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası”na çoxsaylı sorğular daxil olub. Bildirmək istərdim ki, hava şəraitə ilə əlaqədar internetin sürətinin artması və ya azalması iddiaları əsassızdır. İnternetin əlçatanlığı hazırda hava şəraitindən asılı deyil.
RESPUBLİKAİNFO.COM xəbər verir ki, bu fikirləri Azərtac – a açıqlamasında “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası”nın (AİKTSA) İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov deyib.
“Biz bununla bağlı bir sıra araşdırmalar aparmışıq və sorğular keçirmişik. Apardığımız sorğulara əsasən əvvəlki illərə nisbətən internet problemi Azərbaycanda çox azalıb. Artıq bu problem ölkəmizdə demək olar ki, öz həllini tapıb. Buna əsas səbəb “Onlayn Azərbaycan” layihəsini göstərmək olar. Layihə üzrə işlərin 66 faizi artıq icra olunub. Bu isə o deməkdir ki, artıq ölkəmizin ən ucqar rayon və kəndlərində fiber-optik internet var. Bizim yaşadığımız dövrdə insanlar həm iş həyatında, həm də şəxsi həyatında internetdən geniş istifadə edir. Gündəlik həyatlarına onlayn alış-veriş, sosial şəbəkələr, həmçinin dövlət qurumlarının xidmətlərindən onlayn şəkildə istifadə olunur”, – deyə Elvin Abbasov vurğulayıb.
Ekspert həmçinin “ağıllı şəhər” və “ağıllı kəndlər”in qurulduğu bir zamanda internetsiz həyatı təsəvvür etməyin mümkün olmadığını, internetin kommunal hissənin bir tərkibi olduğunu əlavə edib: “Əvvəlki dövrlərdə, mis kabel internetin hava şəraitindən təsiri mümkün idi. Mis kabellər dövründə qarlı, küləkli, yağışlı havalarda əhali arasında internetlə bağlı müəyyən problemlər yaşanırdı. Bu kimi faktorlar “Onlayn Azərbaycan” layihəsinin əhatə dairəsi genişləndickə tamamilə ortadan qalxacaq. Belə ki, bu ilin sonunadək “Onlayn Azərbaycan” layihəsi yekunlaşacaq. Bu isə o deməkdir ki, ölkəmizdə hava şəraitinin internetə heç bir təsiri ümumiyyətlə qalmayacaq”.
Baş redaktor: Bünyamin Bünyadzadə
RESPUBLİKAİNFO.COM