• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
13 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Cəmiyyət

Bu gün Qalib Azərbaycan Bayrağı Vətən səmasında qürurla dalğalanır!

07.01.2024 - 9:29
A A
0
SHARES
16
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Tarixi Zəfərlərlə yaddaşımızda qalan 2023-cü il artıq başa çatıb. Geridə qoyduğumuz il Ölkəmiz üçün mühüm tarixi nailiyyətlər, həm də tariximizə zəfər, qürur dolu səhifələrlə yazıldı. Əlbəttə ki, bu hadisələrin zirvəsində dayanan, ərazi bütövlüyümüz və suverenliyimizin tam təmin olunması idi.

Bu gün Azərbaycan Bayrağı Xankəndi, Xocalı, Xocavənd və işğaldan azad olunmuş digər ərazilərimizdə qürurla dalğalanır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi prinsipial və qətiyyətli siyasət nəticəsində dövlətçiliyimizin əsasları, müstəqilliyimiz günbəgün daha da güclənir. Azərbaycanın regional və qlobal müstəvidə geosiyasi imkanlarının artmasında, şübhəsiz ki, Ölkəmizin ərazi bütövlüyünü və tarixi ədalətin bərpasının müstəsna rolu var. Ölkə başçısı cənab İlham Əliyev 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə xalqa müraciətində dediyi kimi “Dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır”. “Heydər Əliyev İli” çərçivəsində qazandığımız bu tarixi nailiyyətlər əbədi olaraq şanlı səhifə kimi xatırlanacaqdır.

44 günlük Vətən Müharibəsində tarixi Qələbə qazanaraq regionda yeni reallıqlar yaradan, belə demək olarsa Qafqazın geostrateji arxitekturasını yenidən müəyyən edən, BMT-nın müvafiq qətnamələrinin icrasına öz hərbi-siyasi resursları vasitəsi ilə nail olan Azərbaycan nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Ərazi bütövlüyü və suverenliyimizin bərpa olunması Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi keyfiyyətlərini bir daha bütün dünyaya nümayiş etdirdi. Cənab Prezident xalqa müraciətində ötən il, ümumiyyətlə dövlətçilik tariximizdə ən önəmli hadisələrdən biri respublikamızın suverenliyinin bərpası olduğunu diqqətə çatdırmaqla, Azərbaycan xalqının bu tarixi hadisəni heç vaxt unutmayacağını, həmin günün yaddaşımızda əbədi qalacağını xüsusi olaraq vurğuladı. Cənab Prezidentin qeyd etdiyi kimi, 2020-ci ildə Vətən Müharibəsi başa çatanda bizim Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz tam bitməyib. Bu mənada Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi. Belə də oldu.

Ölkəmiz yola saldığımız il birgünlük antiterror tədbirləri nəticəsində öz dövlət suverenliyini tam bərpa etdi. Rəsmi İrəvanın israrla qəbul etmək istəmədiyi, ancaq beynəlxalq hüquqla tanınan ərazilərimizdə hələ də qalmış işğalçı qüvvələrin diz çökdürülməsi və torpaqlarımızdan çıxarılması, separatizmə son qoyulması fonunda yekun qələbənin təmin edilməsi müasir dünya təcrübəsində nadir rast gəlinən nümunədir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ötən il oktyabr ayının 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə bayrağımızı ucaltması və Xankəndinin mərkəzi meydanında keçirilən Zəfər paradı Azərbaycanın qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi. Azərbaycan ordusunun göstərdiyi yüksək peşəkarlıq, qəhrəmanlıq, fədəkarlıq sayəsində qazanılmış növbəti Zəfərlə şəhidlərimizin qisası alındı, onların vətən uğrunda can verdikləri torpaqlarımızda suverenliyimizin bərqərar olunması, Azərbaycan Bayrağının Vətən səmasında böyük məğrurla dalğalanması tariximizin ən şanlı səhifələrindən birinə çevrildi.

Ölkə başçısının bayram müraciəti eyni zamanda ikili standartlarla yaşayan Qərbə və Ermənistan rəhbərliyinə ünvanlanan növbəti xəbərdarlıq idi. Cənab Prezident İlham Əliyev müraciətində Ermənistan rəhbərliyini bu tarixi dərslərdən bir daha nəticə çıxarmağa çağırdı. Bayram müraciətində önəmli məqamlardan biri işğaldan azad olunmuş ərazilərə insanların köçürülməsi ilə bağlı idi. Cənab prezident 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlərin, qaçqınların qayıdacağını vurğuladı və qeyd etdi ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcəkdir. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar.

Prezidentin xalqa müraciətində verdiyi bu müjdə əslində 2024-cü ilin tariximizin mühüm səhifələrindən biri olacağını deməyə əsas verir. Bütün bu nailiyyətlər, uğurlar Müzəffər Prezidentimizin ifadə etdiyi kimi: “Tarixi Zəfərimiz – İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir və Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, “Dəmir yumruq” hər zaman yerində olacaq.”

İlqar Həsənov;
Neftçala rayonu, Vətən Müharibəsi iştirakçısı

XƏBƏR LENTİ

Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
36
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
96
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2
Cəmiyyət

Neftçalada hesabat yığıncağı keçirilib

30 Yanvar 2026
6

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.