Respublikainfo.com Media Qrupu olaraq Kərkük türmənlərinin günümüzdəki sorunları ilə bağlı reportajı oxucularımıza təqdim edirik
İraq Kərkük bölgəsi üzrə hüquqşünas Əli Zeynal ilə günümüzdəki Kərkük problemlərindən danışmışıq.
Dosye: Əli Zeynal Kərkükdə doğulub.1993-cü ildə Səddam Hüseyn rejimi tərəfindən Turançılıq ideyasının daşıyıcısı olduğu üçün həbsə atılıb, 23 yaşında İraq xüsusi xidmətinin təcridxanasında saxlanılıb. Dəhşətli işgəncələrə məruz qalıb, dırnaqları çıxarılıb, dəfələrlə elektroşoka verilib, təhqiramiz rəftara məruz qalıb. Həbsdə olduğu zaman Türkiyənin casusu olmaqda ittiham edilib, xəyanətdə günahlandırılıb. 1995-ci ildə BMT-nin Səddam Hüseynlə razılığı əsasında, əfvə siyahısına salınaraq azadlığa çıxıb. 1996-cı ildə Şimali İraqa gələrək “Türkman Eli” Partiyasında fəaliyyət göstərib, daha sonra Türkiyəyə keçib. Türkiyədə ikinci dəfə təhsil alıb və Səddam Hüseynə qarşı mübarizə aparıb. Səddam Hüseyn hakimiyyəti süqut etdikdən iki il sonra – 2005-ci ildə Kərkükə qayıdaraq fəaliyyətini davam etdirib.
– Əli bəy, şübhə yox ki, İraq türkmənləri soydaşlarımızdır. Kərkük türklərinin problemləri eyni zamanda həm türk dünyasının həm də Azərbaycan türklərinin problemidir. Kərkük 2003-cü ildə kimin kontrolunda idi?
Səddam rejimi 9 aprel 2003-cü ildə çökdü. Bildiyiniz kimi Amerika Birləşmiş Ştatları və ölkə xaricindən gələn qüvvələr birləşib Səddam rejimi məhv etdilər. Sonra isə keçici , müvəqqəti hökumət quruldu. Bu hökuməti ən də idarəçiliyi Amerikanın əlinə keçdi. Türkmənlər isə amerikalılara İraq ölkəsinin işğalında dəstək vermədilər. Amerikalıların məramı yalnız işğalçılıq idi. Amerikanın əsas istəyi İraqın petrolunu və iqtisadiyyatını ələ keçirmək olub. Amerikalılara İraqda yaşayan güneyli şiələr və kürdlər dəstək oldular.
Çünki Kərkük nefti dünyada çox zəngindir. 2003-cü ildən ta 2017 – ci ilə qədər Kərkük kürdlərin idarəsində oldu. Hətta polis də kürdlərə bağlı idi. Bir müddət bizim bəzi ziyalılar, doktorlar, alimlər kürdlərlə ittifaqa girdilər. Bəziləri isə ana vətəni qoyub qaçdı. Təbii ki, bu 2003-cü ildən 2017-ci ilə qədər türkmən millətinə göz açdırmadılar. Bunu bütün dünya bilir. Hətta BMT də bilir. Bağdad hökumətinə türkmənlər tərəfindən şikayət edildi. Beləliklə referendum keçirildi. Lakin türmənlərdən seçilən olmadı. Bir ərəbi adaya seçdilər. Sonunda referendum baş tutmayınca türkmənlərə yenə zülm etdilər.
Keçən aylara qədər ərəbəsilli Rakan adlı adam İraqda türkmənlərin başında oldu. 2023-cü ildə yerli seçimlər keçirildi. Amma yenə də türmənlərə rəhbər vəzifədə olmaq imkansız edildi.
– Daha sonra nələr baş verdi?
Sonra günümüzdə Azərbaycanın İraqdakı diplomatik nümayəndəsi Nəsir bəyi ilk dəfə buraya gələndə çox sevinclə qarşıladıq. Onu sayılırlar ağırladıq. Lakin yaxın zamanlarda Nəsir bəyin İraq Türmən Cəbhəsindən çıxarılan şəxslə görüşməsi bizi çox rahatsız edir. Bu Kərkük türkmənləri üçün bir utancdır.
Çünki Nəsir bəyin görüşdüyü həmin şəxs heç bir rəsmi vəzifə və ya məqam sahibi deyil. Bu adam əslində Kərkük türkmənlərin dostu deyil. Bunun üçün Azərbaycan diplomatının burada o adamla görüşməsi doğru deyil. Biz etiraz edirik ki, o adamla görüş bir daha olmasın. Bütün türk dünyası Kərkük türkmənlərinə dəstək olmalıdır.
Onu da söyləyim ki, Bağdadda qurulan toplantıya İraq Türkmən Cəbhəsi qatılmadı. Bu toplantı gərək İraqda – Kərkükdə olmalı idi. Qanununa əsasən həmin toplantıda Rakan Əl Cuuburi də iştirak etməli idi. Lakin o toplantıda olmadı. Bu məclis tamamən yanlış bir məclis idi.
Yavuz Hamid adlı bir türkmən vali yadımçılığı üçün özünü namizəd göstərib. Lakin İraq Türkmən Cəbhəsindən icazə almadan bu işi gördüyü üçün Yavuz Hamid İraq Türkmən Cəbhəsindən qovulmuşdur
– Əlizeynal bəy ! Türk dünyasına nə demək istərdiniz? Sözünüz nədir?
– Türk dünyası onu bilməlidir ki, İraqda yaşayan türkmənlərinə diqqət göstərilməlidir. Çünki biz qardaşıq. Hər zaman ayaqda olsaq da bizə qonşu ölkələrdən çox yamanlıq edilir. Türmən olduğumuz üçün problemlər yaradılır.
Biz istəyirik ki, bizik Kərkük türkmənlərinin Azərbaycanda rəsmi bir nümayəndəsi, elçisi olsun, bizi təmsil etsin. Biz istərdik ki, bizim problemlərimizi həm Azərbaycan həm də türk dünyası bilsin.
Baş redaktor: Bünyamin Bünyadzadə Respublikainfo.com