• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
10 May, 2025
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Siyasət

Bu gün də iki qardaş dövlət yumruğu bir hədəfə vurur

22.02.2024 - 0:38
A A
0
SHARES
7
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Cənab İlham Əliyevin növbəti dəfə Prezident seçildikdən sonra ik rəsmi səfərini Türkiyə Cümhuriyyətinə etməsi təsadüfi deyil. Eyni dilə, mədəniyyətə, tarixə mənsub iki dövlətin dünyanın heç yerində mövcud olmayan dostluq, qardaşlıq, müttəfiqlik əlaqələri ən yüksək zirvədədir. Bu qardaşlıq qarşılıqlı mənfəət güdməyən səmimi münasibətlər üzərində qurulub. Prezident cənab İlham Əliyev Türkiyəyə rəsmi səfəri çərçivəsində mətbuata bəyanatla çıxış etdi.

Bu gün Türkiyə tək regionda deyil dünyada böyük nüfuza, söz sahibinə, güc mərkəzinə malik bir dövlətdir. Qardaş ölkənin iqtisadiyyatının bütün sahələri, eləcə də hərbi və hərbi sənayesi sürətlə inkişaf edir.

Azərbaycanla Türkiyə arasında bağlanmış strateji müttəfiqlik haqqında Bəyannaməyə əsasən iki dövlət arasında iqtisadi və hərbi sahədə əməkdaşlıq getdikcə güclənir və möhkəmlənir. İki dövlətin birgə həyata keçirdiyi iqtisadi və nəqliyyat-loqistika layihələri bölgə ilə yanaşı digər dövlətlərin iqtisadi inkişafına töhfə verir.

Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yükdaşımaların həcmi hər il artmaqdadır və bu da bu marşrut xəttinin digər ölkələr üçün də nə qədər önəmli olmasından xəbər verir.
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı regionun təhlükəsizliyinə xidmət edir. Türkiyə ordusu dünyanın ən güclü ordularındandır və Azərbaycan Ordusu da tam şəkildə Türkiyə ordu modelinə əsasən formalaşdırılıb. İstər Vətən müharibəsi, istərsə də antiterror tədbirləri zamanı dünya Azərbaycan Ordusunun gücünün və peşəkarlığının şahidi oldu. Müdafiə Sənayesi sahəsində ölkələrimizin birgə əməkdaşlığı gələcəkdə bu sahədə də böyük uğurlara imza atacaq. Azərbaycan və Türkiyə arasında iqtisadi, siyasi, hərbi sahələrdə birlik bütün Türkdilli dövlətlərin də birliyinə, Türk Dövlətlər Təşkilatının gələcəkdə güclü bir təşkilata çevrilməsinə də böyük təkan verəcək.

Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi siyasi, mənəvi dəstək gücümüzü bir gədər də artırdı. Bu gün də iki qardaş dövlət yumruğu bir hədəfə vurur. Ölkələrimizə qarşı təxribat törətmək istəyən dövlətlərə birlikdə qətiyyətli və sərt şəkildə cavab verilir. Azərbaycanla Türkiyə bir millət iki dövlət bir yumruq olaraq beynəlxalq aləmdə böyük uğurlara imza atacaq.

Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor

 

Baş redaktor: Bünyamin Bünyadzadə 

RESPUBLİKAİNFO.COM 

XƏBƏR LENTİ

Gündəm

PLASTİK CƏRRAHLARIN SERTİFİKAT DÜYÜNÜ: XAOS NƏYƏ XİDMƏT EDİR?

10 May 2025
30
Cəmiyyət

Neftçalanın icra başçısı səyyar görüş keçirib

08 May 2025
2
Seçmə

Xalq artisti Tünzalə Ağayeva “ADAvision”da – FOTO/VİDEO

08 May 2025
4
Cəmiyyət

XİLASKAR HƏKİMLƏR… TANRI SİZİ QORUSUN!

07 May 2025
79
Seçmə

Rusiya ilə münasibətlərdə yeni mərhələ…

09 May 2025
7
Mədəniyyət

KOSMETİK MƏHSULLARIN ƏN DOĞRU ÜNVANI – RD COSMETICS

07 May 2025
41

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.