Akademik Milli Dram Teatrı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Televiziyasının dəstəyi ilə “Bölgə teatrlarının Bakı premyeraları” layihəsi çərçivəsində Gəncə Dövlət Milli Dram Teatrının Birgül Yeşiloğlu Gülerin qələmə aldığı və rejissor Elşad Əhmədovun quruluş verdiyi “Qadınlar danışarsa” tamaşasında “Yuyucu qadın” obrazının ifaçısı, xalq artisti Pərvanə Qurbanova layihənin “Ən yaxşı qadın aktrisa” nominasiyası və Azərbaycan Milli Teatr sənətinin inkişafındakı xidmətlərinə görə, Azərbaycan Teatr Xadimlər İttifaqının “SƏNƏTKAR” medalı ilə təltif olunub.