“Bir mahnı ilə özümə “Porsche” aldım” – VİDEO

Teleaparıcı Elgiz Əkbər açıqlaması ilə insanları təəccübləndirib.

Respublikainfo.com xəbər verir ki, o “Elgizlə izlə” verilişində ifa etdiyi mahnıdan qazandığı pula özünə “Porsche” aldığını deyib:

“Baxmayaraq ki, müğənni deyiləm, mən də müğənnilikdən qazanmışam. Yaxşı gəlir gətirir. O vaxt mən Xatirə İslamla mahnı oxumuşdum. Azərbaycanda bu ifa necə məşhur oldusa, məni müğənni olmaya-olmaya toylara dəvət edirdilər.

Çox sağ olsun Xatirə aparırdı, amma hərdən özüm tək də gedirdim. O vaxt maşınım çox zəif idi, bu mahnıdan qəşəng “Porsche” aldım özümə. Bir mahnıdan ilə 58 000 AZN qazanmışdım”.

Baş redaktor: Bünyamin Çingizoğlu 

Respublikainfo.com 

XƏBƏR LENTİ