“Artistdir”, “Şoumendir”, “Artistdir, o nə bilir siyasət nədir?”, “Gördünüz, Ukraynanı Qərb necə satdı?” deyə yazan və danışan zavallılar, bəs bu günkü bu görüntüləri niyə paylaşmırsınız?
Son 200 ildir Rusiyanın imperialist siyasəti nəticəsində Bölünmüşlük və 70 il Cümhuriyyət süqutu yaşayan bir xalqın nümayəndələri olaraq heçmi utanmırsınız ki, Ukrayna xalqının qəsbkar və diktator Putinə qarşı dirənişi qarşısında siz bu xalqın prezidentinin şəxsiyyətini aşağılayırsınız?
Yaxşı deyək bunu qanmaq istəmirsiniz çünki kölə zehniyyətiniz buna imkan vermir.
Bəs axı hamınız Türkiyə Cümhurbaşqanı Ərdoğanı “sevirsiz” axı. İndi nə oldu, necə anlayaq sizləri?
Baxın, yaxşı baxın, şəkli böyüdüb çox diqqətlə baxın. Sağ tərəfdə Türkiyənin Xarici İşlər Naziri, cənab Hakan Fidanı görəcəksiniz. Baxın və bir az əziyyət çəkib düşünün…
Bir daha təkrarlayaq: Biz axı “Türk Ailəsi” qururuq…
ANAR ƏSƏDLİ