Bazar günü də siyasətdən danışırsız?..
…deyə, bir gənc dostumuz bu gün maraqlı bir sual verdi mənə. Bu suala verdiyim cavabı publik olaraq paylaşmaq istədim.
Zəkat verməyə, sadəcə, maddiyyat olaraq baxmamaq lazımdır.
Əgər qazancı Tanrı bəxş edirsə, o zaman İstedadı və Zəkanı da O verir. Tanrı, sadəcə, pul işinə baxmır ki?
Demək ki, qazancımız kimi, istedadımız və zəkamızdan da zəkat verməliyik.
Dünyanın, yaşadığımız cəmiyyətin daha gözəl olması üçün məsuliyyət daşıyırıq.
Varsa zəkamız mütləq bu yolda istifadə etməliyik. Hər bir insan bu dünyaya bir missiya ilə gəlir və bunun məsuliyyətini, cavabdehliyini anlayanda hər şey dəyərli olmağa başlayır.
“Ömrümüz gedəcək, heç nə də düzəlməyəcək” fikirləri sizi heyvani yaşama sürükləmək üçündür. Bəsit bir yolu var: əhəmiyyət verməyin..
Paran varsa, paylaş. Sevgin varsa dağıt. Zəkan varsa, insanlıq üçün, yaşadığın dövlət, xalqın mənafeyi üçün sərf et, sözün varsa doğru olanları bağır….
Tanrı üçün, insanlıq üçün…
ANAR ƏSƏDLİ