Respublikainfo.com xəbər saytı olaraq ölkədə və dünyada baş verən mühüm xəbərləri obyektiv şəkildə yayımlamaqla yanaşı vətəndaş şikayətlərini də media vasitəsilə işıqlandırırıq. Növbəti şikayət isə Elçin Qasımov adlı şirkət rəhbərindən narazı qalan vətəndaş Qasımova Şəms Rasim qızı tərəfindəndir. Həmin müraciəti sizə təqdim edirik:
Azərbaycan Respublikasının Baş naziri, cənab Əli Əsədova, Sumqayıt şəhəri, Bulvar küçəsi 29C mənzil 4 sakini Qasımova Şəms Rasim qızı tərəfindən
M Ü R A C İ Ə T
Hörmətli cənab Baş nazir!
Yazıb sizə bildirmək istəyirəm ki, 18.01.2022-ci ildən 18.01.2023-cü ilədək “AzNetDevelopment” MMC-də Baş mühasib vəzifəsində çalışmışam. İşlədiyim müddətdə əmək haqqının ödənişi ilə bağlı problemlər yarandığından öz ərizəmlə yazıb işdən ayrılmaq məcburiyyətində qaldım. Ancaq şirkət 5 aylıq gecikmiş əmək haqqımı və son haqq-hesabımı bu günə kimi ödəməmişdir. Bu səbəbdən Bakı şəhəri Nizami rayon Məhkəməsinə iddia ərizəmlə müraciət etdim, və 31.08.2023-cü il tarixli, 2(007)-1964/2023 saylı qətnamə ilə məhkəmə mənim xeyrimə sonlanıb.
İcraat başlamaq haqqında qərar isə 18.10.2023-cü il tarixində Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük İcra Məmuru Həmzəyev Zaur Məcid oğlunun icraatına verilmişdir. Ancaq İcra şöbəsindən öz işimlə əlaqədar məlumat aldığımda, İcra Məmuru mənə “öz sıranızı gözləməyimi” bildirdi. Çox saylı şikayyətlərim sayəsində 26.01.2024 – cü ildə şəxsən şirkətin direktor vəzifəsində çalışan Elçin Qasımov Sərhəd oğlu ilə Hakim Mətanət Hacıyevanın rəhbərliyi altında məhkəməm baş tutdu, yenədə cərimə tədbiq edildi, ancaq həmin şəxs bilmirəm nəyə və kimə güvənərək mənə olan borcu ödəməkdən yayınır.
Artıq dərəcədə Sizdən xahiş edirəm bu məsələnin ictimailəşdirməkdə və mənim məsələmin həlli yolunu tapmasında köməklik göstərərdiniz.
Bu günlərdə Nizami rayon məhkəməsi tərəfindən məhkəmə qətnaməsi mənə təqdim olunsa da hələlik heç bir nəticə əldə olunmayıb.
Cənab Baş nazir! Sizdən xahiş edirəm ki, mənim müraciətimi öz xüsusi nəzarətinizə götürəsiniz! Ümidvaram ki, sizin ədalətli qərarınızla və qanunvericiliyin mənə verdiyi imkanlarla pozulan əmək hüquqlarımın bərpasına nail olacağam.
Şəms Qasımova
Əlaqə nömrələri:
055 580 29 89
050 685 84 05
Məsələni diqqətdə saxlayacağıq…
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq…
Baş redaktor: Bünyamin Çingizoğlu
Respublikainfo.com