Respublikainfo.com Media Qrupu xəbər verir ki, Milli Mətbuat Günü münasibəti ilə “Gilavar” restoranında “Mətbuat” firmasının təsis etdiyi “Mətbuatın dostu” Müstəqil Milli Mükafatının təltif etmə mərasimi keçirilib. Tədbirdə 40 – dan çox jurnalistə diplom və hədiyyələr təqdim olunub.
Bayram günündə media nümayəndələrini, Respublikanın əməkdar artisti Mətanət İsgəndərli, Niyam Salami, Nərmin Kərimbəyova, Rövşən Civişov və Bella Bakinskaya gözəl musiqilərlə ilə təbrik ediblər.
Mükafat alanlar arasında Əməkdar jurnalist Etibar Babayev, Rövşən Binnətli, Vəsilə Vahidqızı, Lalə Ədalətqızı, Lalə Əlimuxtarova, Günel Gözəlova, Jalə Həsənli, Fəxriyyə Lilpar, Səidə Bəkir, Sayqa Cahid, Anar Orucov, Afət Rahilqızı, Kamran Yaradanquliyev, Fuad Mədətov, Büyamin Bünyadzadə, Zəminə Rüstəmova, Şahin Cavadsoy, Zümrüd Məcidova, təşkilatçı Ellada Əmiraslanova, Ayəndə Dadaşova və başqaları xüsusi diplom və hədiyyələrə layiq görüblər.
Tədbirin sponsorları, Tam Store marketlər şəbəkəsi, Azərsüd, Gilavar istirahət mərkəzi, təşkilatın dəstəkçilər Zuleykha by Ətirşah Parfüm, Millenum dondurmaları Harika su və Bizon içkiləri idi.
Tədbirin təşkilatçısı Sədaqət Rəşidqızı hər il olduğu kimi bı ildə jurnalist həmkarlarına unudulmaz bir bayram təşkil etdi. Gecənin aparıcıları Sədaqət Rəşidqızı və Zabir Əliyev bayrama xüsusi ovqat qatdılar.
Baş redaktor: Bünyamin Bünyadzadə
Respublikainfo.com