Respublikainfo.com xəbər verir ki, növbəti təyinat baş tutub. Beləki Tərlan Elçin oğlu Həsənli 11 fevral 2025-ci il tarixindən “Bakı Metropoliteni” QSC-də Təchizat departamentinin rəisi vəzifəsinə təyin edilib.
Tərlan Həsənli 1991-ci ildə Bakı şəhərində anadan olub. 2009-2013-cü illərdə Azerbaycan Texniki Universitetinin Biznesin
idarə olunması fakültəsini bitirib. 2016-cı ilədək müxtəlif sahələrdə mütəxəssis, 2016-2019-cu illərdə “Gilan Holding”in
tərkibinə daxil olan şirkətlərdə, 2019-2025-ci ilərdə “PASHA Holding” şirkətlər qrupunda rəhbər vəzifələrdə çalışıb.
2023-cü ildə İngiltərənin Satınalma və Təchizat institutunun (CIPS) beynalxalq dərəcəli diplomunu əldə edib.
Hal-hazırda ADA Universitetinin Maliyyə üzrə biznesin idarə edilməsi fakültəsində magistr təhsili alır.
Respublikainfo.com Media Qrupun redaksiya heyəti olaraq, dəyərli ziyalımız Tərlan Həsənliyə yeni vəzifəsində uğurlar arzu edirik!
Hörmətlə: Respublikainfo.com Media Qrupun baş redaktoru: Bünyamin Bünyadzadə