• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
27 Yanvar, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Hadisə

“Bəs deyirdiniz dərman içib, bu bıçaq yarasına nə deyirsiz?” – Qazax sakini baş prokurora müraciət etdi

04.09.2025 - 22:07
A A
0
SHARES
22
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Qazax rayonu, Daş Salahlı kəndinin sakini Asif Bafadar oğlu Qurbanov qızının müəmmalı ölüm işinin araşdırılmasını tələb edir. O, baş prokuror Kamran Əliyevə müraciət edərək qızının ölüm işinin nəzarətə götürülməsini və yenidən araşdırılmasını istəyir.

RESPUBLİKAİNFO.COM – un məlumatına görə, Azər Qurbanov Baş prokurora ünvanlanan, müraciətinin surətində yazır ki, 25 yaşlı qızı Aytac Asif qızı Qurbanova(sonradan Əliyeva) 2021-ci ildə ailə həyatı qurub.

“Öz kəndimizdən olan Adil Ayvaz oğlu Əliyev ilə el adətilə rəsmi surətdə ailə həyatı qurdu. Bu nikahdan bir övladları da var. Səhhətimlə bağlı xəstə olduğuma görə bu ilin yanvar ayının 11-də qızım və həyat yoldaşı bizə gəlib, məni ziyarət etdilər. Öz evlərinə qayıdandan sonra, səhəri gün, yanvarın 12-də xəbər gəldi ki, qızım Aytac dərman içərək özünü öldürüb. Həmin vaxt mənim bacılarım Dürdanə Qurbanova və Yeganə Məmmədova, eyni zamanda Aytacın baldızı Hava xanım da orada olublar. Hadisə də məhz onların yanında baş verib. Lakin meyiti yuyanda sinəsinin ürək nahiyəsində bıçaq yarası olduğu aşkar edildi. Mən morqda meyiti ekspertiza üçün yaran həkimlərdən soruşduqda, həkimlər bildirdilər ki, dərmandan deyil, bıçaqla öldürülüb. Bu barədə bacılarımdan növbəti dəfə soruşanda ki, bəs deyirdiniz dərman içib, bu bıçaq yarasına nə deyirsiz? Onlar həyəcanlı halda cavab verdilər ki, hə, əvvəl dərman içdi, sonra da bıçaqla özünü öldürdü. Bu, olduqca absurddur. Məsələ ilə bağlı mənə rayonun baş prokuroru Rövşən Əliyev və onun köməkçisi Nihat Əmirli bildirdilər ki, iş araşdırılır. Lakin heç bir üzləşdirmə, dindirilmə olmadığından rayon məhkəməsinə müraciət etdim. Məhkəmədən bildirdilər ki, prokurorluq tərəfindən iş artıq bağlanıb. İşi necə araşdırdıqları barədə mən prokuror Rövşən Əliyevə etirazımı bildirəndə o, özündən razı halda cavab verdi ki, “iş artıq bağlanıb, hara istəyirsən get şikayət elə!”

Müraciət müəllifi yazır ki, qızı Aytacın qaynanası Nəsibə Əliyeva isə qohum-qonşuların yanında dəfələrlə deyib ki, biz bir “meşok” pul vermişik, oğluma heç nə olası deyil.

Hörmətli Kamran müəllim! Gənc qızını itirmiş ürəyi yaralı bir ata və vətəndaş kimi Sizdən xahiş edirəm ki, qızımın qatilinin cəzasız qalmaması üçün bu cinayət işinin yenidən düzgün və qərəzsiz araşdırılmasına göstəriş verəsiniz.  Ümidvaram ki, sayənizdə bu cinayət işində haqq və ədalət öz yerini tapacaqdır”.

XƏBƏR LENTİ

Cəmiyyət

Politoloq Samir Hümbətov tələbələri ilə Şəhidlər Xiyabanını ziyarət edib

22 Yanvar 2026
2
Mədəniyyət

Afaq Bəşirqızı bu dəfə Zal qızı Zalxa obrazı ilə pərəstişkarlarını sevindirəcək

19 Yanvar 2026
10
Cəmiyyət

“Nazlı Ana” Xeyriyyə Təşkilatı fəaliyyətə başladı – FOTOLAR

11 Yanvar 2026
12
Cəmiyyət

Politoloq Samir Hümbətov mükafata layiq görülüb

04 Yanvar 2026
9
Cəmiyyət

Elçin Tağıyev: Goranboy RİH-nin ayırdığı 66 600 manat vəsait hara xərclənib

31 Dekabr 2025
14
Cəmiyyət

“Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində “Balaca Ekoloqlar” layihəsi davam edir

30 Dekabr 2025
1

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.