• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
13 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Manşet

Bəzi vətəndaşlar mənzil sığorta haqqını əlavə xərc hesab edirlər

27.09.2025 - 8:48
A A
0
SHARES
4
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Ölkəmizdə İcbari sığorta haqqında 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununun 35.2. maddəsinə əsasən hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir. Dövlət qeydiyatına alınmış daşınmaz əmlak dedikdə, qarajlar, mağazalar, evlər, mənzillər və sair dövlət qeydìyyatına alınmış (“kupça”sı olan) obyektlər nəzərdə tutulur.

“Kupça”sı olmayanlara sığorta məcburi deyil. Azərbaycanda mənzillərin sığortalanması prosesi nə üçün ləng gedir? İnsanların çoxun mənzillərinin sığortalanmasında niyə maraqlı deyil? Mənzil sığortası əmlak sahibləri üçün hansı üstünlüklər vəd edir? Bu məsələdə mənzil və digər əmlak sahibləri nə etməlidirlər?

Mövzu ilə bağlı sığorta məsələləri üzrə ekspert Nicat Əlibəyli Respublikainfo.com-a açıqlamasında bildirib ki, əksər vətəndaşlar sığortanın əhəmiyyətini tam anlamır və bunun fövqəladə hallarda necə faydalı olacağını qiymətləndirmirlər. Maliyyə səbəbləri də əhəmiyyətlidir; bəzi vətəndaşlar sığorta haqqını əlavə xərc kimi qəbul edərək prosesi təxirə salırlar. Əksər sahiblər riskləri az qiymətləndirir və düşünürlər ki, fövqəladə hallar nadir hallarda baş verir. Bununla yanaşı, sığortanın faydalarını və əhəmiyyətini gündəlik həyatlarında hiss etmədikləri üçün sığorta onlar üçün prioritet deyil. İnsanlarda həmçinin prosedurların mürəkkəb olması və əlavə maliyyə yükü barədə yanlış təsəvvürlər formalaşıb.

1659444231 1659361047 270174 8f85oy9ut9 1758885034 Full

Ekspert onu da qeyd edib ki, mənzil sığortası sahiblərə bir sıra mühüm üstünlüklər vəd edir. Əsas fayda, yanğın, sel, partlayış və digər fövqəladə hallar zamanı əmlakın dəyərinin kompensasiyasıdır. Sığorta həmçinin hüquqi təminat yaradır, çünki müqavilə hüquqi əsasda bağlanır və hər iki tərəfin məsuliyyətini müəyyənləşdirir. 

Müsahibimizin qənaətinə görə, bu əmlakın dəyərinin qorunmasına və sahibin maliyyə itkisi riskinin azaldılmasına kömək edir. Hər bir şəxs daşınmaz əmlakını icbari növ üzrə sığortalayan zaman Sığorta şərtlərini diqqətlə oxumalıdır. Həmçinin, hər bir daşınmaz əmlak sığortası sahibi məsuliyyət sığortasını da əldə etməlidir çünki bu, fövqəladə hallarda həm əmlakın, həm də sahibin hüquqi və maliyyə təhlükəsizliyini təmin edir. 

“Bakı şəhərində daşınmaz əmlakın icbari sığortası üçün illik sığorta haqqı təxminən 50 manat təşkil edir. Bu sığorta əmlaka qarşı 25 000 manat həcmində maliyyə təminatı verir”, – deyə ekspert əlavə edib.

Bünyamin Bünyadzadə

XƏBƏR LENTİ

Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
35
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
96
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2
Cəmiyyət

Neftçalada hesabat yığıncağı keçirilib

30 Yanvar 2026
6

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.