Respublikainfo.com xəbər verir ki, AZERA Holdinqə daxil olan “Fruitland” şirkəti ölkəmizdə ilk dəfə olaraq istixana şəraitində bananların kimyəvi qatqısız və əlavə preparatlardan istifadə edilmədən yetişdirilməsinə nail olub.
Xəzər rayonunda Zirə qəsəbəsi ərazisində, banan bağlarında yetişdirilən məhsul artıq satışa təqdim olunub. Fruitland bananları “Bazarstore”, “Rahat”, “Okean”, “Xəzər”, “Dəniz”, “İdeal”, “Oskar” marketlər şəbəkəsində və “Meyvəli” bazarında alıcılara təklif olunur. Vitamin və minerallarla zəngin Fruitland bananları sağlamlığınız üçün olduqca faydalıdır.
Məhsulun tərkibində heç bir kimyəvi maddə yoxdur, dadı və yüksək keyfiyyəti ilə seçilir. Toxum səpilən andan məhsulun bazara çıxışına qədər hər bir proses dəqiqliklə izlənilib. Qeyd edək ki, “Fruitland” şirkəti yüksək keyfiyyətli meyvə istehsalına xüsusi önəm verir. Məqsəd müasir texnologiyalar vasitəsilə ölkəmizdə Avropa kənd təsərrüfatı standartlarını tətbiq etmək, bu sahənin inkişafına nail olmaqdır.
Şirkətə Bakıda 80 hektar sahəni əhatə edən istixana təsərrüfatı, Qarabağ iqtisadi zonasında 300 hektarlıq geniş ərazidə yerləşən müasir intensiv bağ kompleksi daxildir.
Respublikainfo.com
Baş redaktor: Bünyamin Bünyadzadə