• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
27 Yanvar, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Gündəm

Azərbaycan Tekstil Assosiasiyasının fəaliyyəti genişləndiriləcək

18.11.2024 - 9:53
A A
0
SHARES
15
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

“Azərbaycan Tekstil Sənayesinin Gələcəyi: Yerli İstehsaldan Qlobal Rəqabətə” GiLTEX-in Baş İcraçı direktoru Kamran Aqasi jurnalistlərə müsahibə verib.

Hazırda GiLTEX geyim bazarında nə ilə məşğuldur?

Təbii ki, geyim bazarı genişdir və müxtəlif istiqamətlərdə inkişaf edir. “GiLTEX” əsasən parça istehsalı, ev tekstili və uniformaların istehsalı ilə məşğul olur. Gələcəkdə də uniformaların tikilişini genişləndirməyi düşünürük. Tikiş Fabrikimizin peşəkar komandası sifarişə uyğun digər geyimlər də istehsal edə bilər.

İstehsalda hansı materiallardan istifadə edirsiniz?

Biz xammal olaraq 100% yerli pambıqdan istifadə edirik. Lakin bu gün insanlar daha çox qarışıq parçalardan ibarət geyimə üstünlük verirlər. Xüsusən də pambıqla polyester və ya pambıqla neylon qarışığından olan geyimlər həm daha ucuz başa gəlir, həm də daha praktikdir. Çünki 100% pambıq olan geyimlərdə qırışma halları çox olur ki, bu da rəsmi uniformalarda narahatlığa səbəb ola bilər.

Ölkəmizdə satılan geyimlərin çoxu idxal edilən xarici marka geyimlərdir. İdxalı azaltmaq üçün milli geyim brendinin yaradılması imkanlarını necə dəyərləndirirsiniz?

Bəzi obyektiv səbəblərdən yerli istehsal Çin, Türkiyə və digər böyük istehsal olan ölkələrin məhsuluna uduz. Biz qiymət faktorunu azaltmaq üçün keyfiyyətli məhsul istehsal edirik. Təəssüf ki, bizim bazarda qiymət mühüm rol oynayır və insanlar qiymət müqayisəsini də düzgün aparmır. Keyfiyyət fərqini nəzərə almırlar. Pambıq məhsulu ilə neylon və ya polyester məhsulu müqayisə edilir. Buna görə də keyfiyyətli məhsullar, keyfiyyətsiz məhsullara uduzur. Bununla bağlı maarifləndirmə işləri aparılmalıdır.

Milli brendlərə gəlincə, hesab edirəm ki, sosial media strategiyasından düzgün istifadə etməklə yeni milli geyim brendi yaratmaq mümkündür. Yaradıcılıq burada xüsusi əhəmiyyət kəsb edir. Biz brend yaradarkən həm də ümumi sənayenin inkişafını hədəfləməliyik. Bundan başqa artıq Azərbaycan şirkətləri, xüsusilə beynəlxalq brendlərlə işləyən şirkətlər geyim biznesi və idarəçiliyində böyük təcrübə qaznıblar. Bu təcrübələrin yerli brendlərə tədbiqi ilə yüksək nəticələr əldə etmək olar.

Giltex olaraq digər yerli şirkətlərə münasibətiniz necədir, rəqibləriniz varmı?

Biz yerli şirkətlərə rəqib gözü ilə baxmırıq. Əsas fəaliyyətimiz parça istehsalı olduğu üçün tekstil şirkətlərə tərəfdaş gözü ilə baxırıq. Biz daha çox xarici bazarda yeni əməkdaşlıqlar və müqavilələr üçün çalışırıq. Məqsədimiz istehsalı və ixracı artırmaqdır. Hazırda məhsullarımızın 50%-ə yaxınını ixrac edirik. Yerli istehsalçıların dəstəyi ilə bu sahədə daha çox irəliləyişə nail olmaq mümkündür. Bu, həm də ölkənin iqtisadiyyatının şaxələnməsinə töhfə verəcək.

Tekstil sənayesinin imkanlarının artırılması istiqamətində hansı addımlar atılır?

Azərbaycan Tekstil Assosiasiyası yaradılıb və biz onun fəaliyyətinin genişləndirilməsi üçün dəstək verməyə çalışırıq. Əsas məqsədimiz yerli bazarda olan şirkətlərə dəstək olmaq və xarici tərəfdaşların milli istehsalçıların birliyinin olduğunu görstərmək və onları etibarlı tərəfdaş kimi təbliğ etməkdir. Bunun üçün xarici bazarları araşdırmalı və onların effektiv təcrübələrini ölkəmizə gətirməliyik. Eyni zamanda, Azərbaycanın tekstil istehsalçısı kimi tanınması üçün təbliğat-təşviqat kampaniyaları da həyata keçirilməlidir.

Tekstil istehsalçısının qarşısında hansı çətinliklər var?

Dövlət istehsalçılara dəstək verir və biz də mütəmadi olaraq hökumətlə təmasda oluruq. Lakin xarici bazara çıxışda qiymət və qlobal çağırışlarla üzləşirik. Əsas problemlər standartların tətbiqi və sertifikatlaşmadır. Bu standartlar həm effektivliyin artırılması, həm də etibarı yüksəldir. Əgər istehsalda effektivlik olmazsa, qlobal rəqabətdə uğur qazanmaq mümkün deyil.

Giltex qlobal bazarlara ixracını artırmaq üçün hansı addımlar atıb?

Ötən ay Sosial Uyğunluq Təşəbbüsləri (BSCI)I- Social Compliance Initiatives (BSCI) sertifikatını əldə etdik. Bu bizim satış etmək istədiyimiz Avropa şirkətinin tələbi idi. Xarici ticarətdə qiymət mühüm rol oynasa da artıq ədalətli ticarət, sosial uyğunluq, dayanıqlılıq kimi istiqamətlər ticarətdə üstünlüklər qazandırır.

Yerli bazarda xarici brendləri yerli brendlərlə əvəz etmək mümkündürmü?

Bu həm siyasi, həm də sosial məsələdir. Siyasi o baxımdan ki, dövlət yerli bazarı, yerli istehsalçıları qorumaq üçün məhdudiyyətlər tətbiq edə bilər. Lakin bunun üçün ilk olaraq yerli məhsul istehsalını təşviq etmək, yerli bazarda idxal olunan məhsulların keyfiyyətində məhsul təmin olunmalıdır. Əks halda idxal məhsullarının bahalaşması baş verəcək. Bu da bizim vətəndaşların ziyanınadır.

Əsas məqsəd xarici brendləri əvəz edə biləcək yerli istehsalı təşviq etməkdir. Bu proses uğurla aparılsa biz nəinki idxal mallarını yerli mallarla əvəzləyə, hətta xarici bazarlara da satış edə bilərik.

XƏBƏR LENTİ

Cəmiyyət

Politoloq Samir Hümbətov tələbələri ilə Şəhidlər Xiyabanını ziyarət edib

22 Yanvar 2026
2
Mədəniyyət

Afaq Bəşirqızı bu dəfə Zal qızı Zalxa obrazı ilə pərəstişkarlarını sevindirəcək

19 Yanvar 2026
10
Cəmiyyət

“Nazlı Ana” Xeyriyyə Təşkilatı fəaliyyətə başladı – FOTOLAR

11 Yanvar 2026
12
Cəmiyyət

Politoloq Samir Hümbətov mükafata layiq görülüb

04 Yanvar 2026
9
Cəmiyyət

Elçin Tağıyev: Goranboy RİH-nin ayırdığı 66 600 manat vəsait hara xərclənib

31 Dekabr 2025
14
Cəmiyyət

“Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində “Balaca Ekoloqlar” layihəsi davam edir

30 Dekabr 2025
1

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.