• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
16 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Analitika

Azərbaycan-Qırğızıstan münasibətləri bu gün!

27.04.2024 - 11:13
A A
0
SHARES
42
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Bu gün Azərbaycan bütün türkdilli dövlətlərlə olduğu kimi Qırğızıstanla da geniş siyasi-iqtisadi, mədəni əlaqələrini inkişaf etdirir. Azərbaycan və Qırğızıstan dövlətləri tarixən birgə münasibətlərdə olmuş, məlum zaman kəsiyində eyni imperiyanın, eyni ittifaqın tərkibində bir mərkəzdən idarə olunmuşdular. Hər iki dövlət müstəqilliyini bərpa etdikdən sonra diplomatik əlaqələr sahəsində qarşılıqlı addımlar atmışdır.

Əlbəttə ki, bu isti münasibətlərin əsasında milli kökümüz, eyni dil ailəsinə mənsubluğumuz, din birliyimiz də mühüm rol oynamışdır. Artıq Azərbaycan və Qırğızıstan arasında diplomatik əlaqələrin qurulmasından 31 il keçir. 1993-cü ilin dekabrında MDB Dövlət başçılarının Sammitində Ümummilli lider Heydər Əliyev və o zaman Qırğızıstan prezidenti olmuş Əskər Akayev iki dövlət arasında münasibətlərin möhkəmləndirilməsi istiqamətində konkret addımlar müəyyən etmişlər. Son illər ölkə başçıları səviyyəsində qarşılıqlı səfərlərin ənənə halını alması hər iki ölkənin iqtisadi-ticarət əlaqələrinin artmasına, ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına, mədəni əlaqələrin möhkəmlənməsinə səbəb olmuşdur. Möhtərəm prezident cənab İlham Əliyev 24 aprel tarixində Qırğız Respublikasının Prezidenti Sadır Jarapovun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında qeyd etmişdir: “Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir.”

Bu gün Qırğızıstandakı Azərbaycan diasporu 20 minə yaxın soydaşımızı ətrafında birləşdirir. Bu insanların əksəriyyəti 1937-1938-ci illərin repressiyaları zamanı sürgün olunmuş ailələrin övladlarıdır. Onlar ölkənin mədəni və sosial həyatında, iqtisadiyyat və biznes sahəsində fəal iştirak edirlər. 24 aprel görüşü zamanı dövlət başçıları arasında 10-dan çox saziş və Anlaşma Memorandumu, Birgə Bəyannamə imzalanmışdır.

Qırğızıstan Respublikasının Prezidentinin təşəbbüsü ilə Qırğızıstan dövlətinin vəsaiti hesabına Ağdamın Xıdırlı kəndində məktəb binasının tikilməsi işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinə qardaş dəstəyi kimi gözəl nümunədir. Türk dünyasının görkəmli nümayəndəsi, əsərləri ilə qəlbimizə yol tapmış Qırğızıstan Xalq Yazıçısı Çingiz Aytmatovun xatirəsinə hörmət əlaməti olaraq yazıçıya Bakıda heykəl qoyulması Azərbaycan-Qırğızıstan mədəni əlaqələrinin yaxınlaşmasında təqdirəlayiq hal kimi qeyd edilməlidir. Son günlərin hadisələri bir daha sübut etdi ki, ölkəmiz uğurlu xarici və daxili siyasət nəticəsində dünya miqyasında inkişaf edir, haqq etdiklərini qazanmadan geri çəkilmir!.

Vüsalə Məmmədli;
Neftçala rayonu, müəllim

XƏBƏR LENTİ

Mədəniyyət

Gəncə Dövlət Milli Dram Teatrına direktor TƏYİN EDİLİB

14 Fevral 2026
23
Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
36
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
98
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.