Respublikainfo.com Media Qrupu təqdim edir:
Azərbaycanın siyasi hakimiyyəti bir daha gördü ki, istisnasız ölkənin A-dan Z-yə bütün təbəqələri, məmurundan tutmuş sadə insanlarına kimi, uşaqdan böyüyə hər bir kəs rus şovinizminə, rus imperializminə, Kremlə, rus idarəetmə zehniyyətinə necə şiddətlə nifrət edir.
Planetimizə qandan başqa heç nə verə bilməyən, öz vətəndaşlarının həyatını cəhənnəmə döndərən Bəşər Əsəd kimi qaniçən, cinayətkar diktatoru himayəsinə götürüb qucağında saxlayan bu rejimə münasibət fərqli ola bilməzdi.
Bəli, bu, Azərbaycan xalqının genetik tarixi-siyasi yaddaşına, ictimai-siyasi şüuruna oturmuş reallıqdır.
Bu reallıqla döyüşmək, buna qarşı davamlı süni müqavimət mexanizmləri emal etmək isə ağılsızlıqdır. Azərbaycan insanında bütün yaralar sağalacaq bəlkə də, amma rus yarası heç vaxt sağalmayacaq.
Rusiyanın Cənubi Qafqazda zərrə imici yoxdur. Rusiyadakı zalım idarəetmə sistemi, siyasi terrorun geniş yayıldığı arxaik və zorakı, çirkli, pinti idarəetmə zehniyyətinin də Cənubi Qafqazda, ələlxüsus da Azərbaycanda gələcəyi yoxdur, əksinə, ölkəmizdə aşağı-yuxarı oxşar gedişatın davam etdirilməsi ciddi problemlər vəd edir.
Azərbaycan insanı sahibi olduğu ölkənin idarəetməsinə münasibətdə bütün yanaşmalarda, davranışlarda dəyişim istəyir. Bunu görməmək, hiss etməmək, saymamaq, hesablamamaq axmaqlıqdır. Bu dəyişim bu gün dünyada avtoritarizmin, yarımtotalitar sistemlərin son qalası olan Rus ictimai-siyasi şüuruna nifrət fonunda başqa bir mübarək, azadlıqpərvər niyyətdən doğur, təbii.
Bu nifrətin inadına saxta “müttəfiqlik” çətiri altında gedib Kremlə yaxın oturub, inadına Putinin dostu kimi görünmək dövlətimizə və xalqımıza heç nə qazandırmayacaq.
Bunun şəxsi və ictimai planda gələcək siyasi nəticələrini də mən oturub hesablayası deyiləm, yenə özləri bilər.. İndən belə Putinkimilərə söykənərək siyasi planda ayaqda durmağa çalışan, ölkələri “izqoy”ların cərgəsində tutmağa cəhdlər edən kimsə üçün yaxşı perspektiv yoxdur.
Qlobal Dünya atom bombasından da təhlükəli olan SÜNİ İNTELLEKT kimi texnoloji olaraq sərhədsiz imkanlara malik ağlasığmaz fenomenal bir mexanizmi, yeni eranın bu üstün “silah”ını, sabah nə edəcəyi bəlli olmayan, insan faktoruna qənim kəsilmiş insan canisi diktatorlara, yarımtotalitar sistemlərə peşkəş edən deyil, nə qədər gec deyil, anlayın bunu.
Azadlıqlara, bəşəri prinsiplərə, demokratiyaya canatma son yüz ildən çoxdur Azərbaycan insanının, özünü qlobal mədəni dünyanın bir parçasına çevirməkdən ötrü, gizli-açıq mübarizəsinin əsas istiqaməti olub.
Və zərrə şübhəniz olmasın, nəticəsi mütləq olacaqdır…
Siyasətçi Mirzə Rəşad Orbey