• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
13 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Seçmə

Azay Quliyevin izdihamlı görüşü – Seçici: “O, yalnız vəd vermir, sözünə əməl edir”

11.08.2024 - 21:07
A A
0
SHARES
8
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

 

Respublikainfo.com Media Qrupu xəbər verir ki, 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev 11 avqust 2024-cü il tarixdə seçicilərlə növbəti görüşünü keçirib.

8-ci mikrorayon, İbrahimpaşa Dadaşov küçəsi 157 ünvanda yerləşən Bakı Tennis Akademiyasında keçirilən görüşdə namizədin vəkili Heydər Cəfərov tədbiri açıq elan edib.

Seçiciləri salamlayan Heydər Cəfərov “6-cı çağırış millət vəkilimiz, eyni zamanda sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə deputatlığa namizəd Azay Quliyevlə görüşə istirahət gününə baxmayaraq gəldiyinizə görə sizin hamınıza təşəkkür edirəm” – deyə qeyd edib: “Siz hamınız Azay Quliyevi çox yaxşı tanıyırsınız və deputat kimi onun fəaliyyətinə yaxından bələdsiniz. Bilirsiniz ki, Azay müəllim VI çağırış Milli Məclisin fəaliyyəti dövründə daim seçicilərinin yanınında olub.
Deputatımız bizləri, yəni seçicilərini nəinki ölkə daxilində, parlamentdə, eyni zamanda, xarici ölkələrdə və beynəlxalq platformalarda da ləyaqətlə təmsil edib və Azərbaycanın milli maraqlarını qorunması istiqamətində var gücü ilə çalışıb. Bilirsiniz ki, Azay Quliyev son 4 illik fəaliyyəti haqqında Hesabat hazırlayıb və çap olunmuş bu Hesabatla yəqin ki, çoxunuz tanışsınız. Həmin hesabat Azay Quliyevin rəsmi facebook səhifəsində yayımlanıb, tanış olmayanlar da buradan – https://www.facebook.com/AzayQuliyev/ – tanış ola bilərlər”.

Vəkil hesabatdan sitatlar gətirərək, Azay Quliyevin millət vəkili olaraq seçicilər üçün gördüyü işlərdən danışdı: “Deputatımız son 4 ildə 8-ci dairədə olan 300 yaxın binanın hər birinin həyətinə gələrək şəxsən sizinlə görüşüb, sizi dinləyib və qaldırdığınız məsələlərin həlli üçün bütün imkanlarını səfərbər edib.
2020-ci ilin mart ayından 2024-cü ilin iyul ayına kimi seçicilər tərəfindən şifahi və yazılı formada daxil olan 1747 müraciətin 90 faizindən çoxu həll olunub.
Sizin müraciətiniz əsasında müxtəlif sosial məsələləri Milli Məclisdə, dövlət qurumları qarşısında qaldırıb və onların əhəmiyyətli hissəsinin həllinə nail olub.
Bir sözlə, verdiyi sözə əməl edərək seçicisinin səsi olub, onu heç zaman tək qoymayıb”.

Daha sonra seçicilərə söz verildi. Ağsaqqal Şahmalı Həsənov, fəal seçicilərdən Rəna İsmayılova, İlahə Məmmədova, Gülgəz Sovqatova çıxışlarında Azay Quliyevin onlara yalnız vəd verən yox, verdiyi vədlərə daim əməl edən millət vəkilli olmasını əyani gördüklərini bildirdilər. Onlar 1 sentyabrda bütün seçiciləri Azay Quliyevə səs verməyə səslədilər.

Sonda çıxış edən deputatlığa namizəd Azay Quliyev bildirdi ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti və sərkədəliyi ilə Qarabağ işğaldan azad edilib, ərazi bütövlüyümüz, suverenliyimiz tam təmin edilib: “Bu, bir növ Zəfər seçkisidir, ilk dəfədir ki, bütün ərazilərimizi tam əhatə edən parlament seçkiləri keçirilir. Bu, tarixi bir seçkidir və bu prosesdə iştirakçı olmaq hamımız üçün qürur mənbəyidir”.

A.Quliyev daha sonra qeyd etdi ki, ötən çağırışlardakı Milli Məclisin üzvü kimi Binəqədi sakinlərinin, seçicilərinin daim yanında olmağa çalışıb: “Təvazökarlıqdan uzaq olsa da, bunu fəxrlə qeyd etməliyəm ki, ötən dönəmki deputatlığım dövründə biz sizinlə birlikdə ciddi işlər gördük. Həm Vətən Müharibəsi dövründə, həm pandemiya şəraitində daim birlikdə olduq. Seçicilərimi narahat edən məsələləri kabinetlərdə yox, onların yanına gələrək, yaşadığı binalarda, həyətlərdə görüşərək bu problemlərin həlli üçün əlimdən gələni etdim.

Biz indi də birlikdə seçki prosesi aparırıq və “Birlikdə Güclüyük” şüarı ilə əminəm ki, mütləq qalib gələcəyik. Bundan sonra yenə də daim yanınızda olacaq və sizə xidmət göstərməyi daha əzmlə davam etdirəcəm. Sizin hamınızı sentyabrın 1-də səsvermədə fəal iştirak etməyə çağırıram”.

Mənbə : Azay Quliyevin Seçki Qərargahı

 

Baş redaktor: Bünyamin Bünyadzadə Respublikainfo.com 

XƏBƏR LENTİ

Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
36
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
96
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2
Cəmiyyət

Neftçalada hesabat yığıncağı keçirilib

30 Yanvar 2026
6

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.